Böyük Britaniyada etiraz aksiyaları başlayıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt Londonda parlament binası qarşısında minlərlə poçt işçisi aksiya keçirir.
Məlumata görə, işçilər ölkədəki rekord qiymət artımı fonunda maaşların artırılmasını tələb edərək tətil elan edir. Onlar maaşların artırılmayacağı təqdirdə işləməyəcəklərini bəyan edirlər.
Bizim.Media
