Azərbaycan beynəlxalq standartın yerinə yetirilməsi üzrə ən yüksək yerə layiq görüldü

Beynəlxalq səviyyədə vergidən yayınma hallarına qarşı mübarizə və vergi məsələləri üzrə beynəlxalq tərəfdaşlıq çərçivəsində ən mühüm sənədlərdən biri Azərbaycan Respublikasının tərəfdar çıxdığı “Vergi məsələləri üzrə qarşılıqlı inzibati yardım haqqında Konvensiya”dır. Ümumi Hesabatlılıq Standartı (CRS) əsasında maliyyə hesabları barədə məlumatların avtomatik mübadiləsi həmin Konvensiyanın alətlərindən biri hesab edilir. 

İqtisadiyyat Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, Azərbaycan 2013-cü ildə “Vergi məqsədləri üçün şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forum”a qoşulmaqla şəffaflıq və məlumat mübadiləsi üzrə beynəlxalq standartların tətbiq edilməsi və qiymətləndirmə prosesində iştirak etməsi öhdəliyini öz üzərinə götürüb.

Ölkə üzrə standartın praktiki tətbiqi ilə bağlı qiymətləndirmə 2021-ci ildə başlanılıb, lakin Qlobal Forum tərəfindən qiymətləndirmə prosesinin cari ilin sonunadək davam etdirilməsi qərara alınıb.
İspaniya Krallığının Sevilya şəhərində keçirilmiş Qlobal Forumun 15-ci Plenar İclasında qiymətləndirmə prosesinin yekunlaşdığı elan edilib və nəticələrə dair yekun rəsmi hesabat İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının internet səhifəsində dərc olunub.

Görülmüş işlər nəticəsində 99 yurisdiksiya üzrə aparılmış qiymətləndirmədə Azərbaycan Respublikasında beynəlxalq standartın yerinə yetirilməsi səviyyəsi ən yüksək reytinq balı (“on track”) ilə dəyərləndirilib. 

Standartın praktiki tətbiqi üzrə qiymətlədirmə maliyyə institutları ilə mütəmadi əlaqələrin qurulmasını, ölkədaxili əməletmə strategiya və siyasətinin mövcudluğunu, hesabların açılması zamanı beynəxalq müqavilələrin tələblərinə əməl edilməsini, mübadilə zamanı bütün tərəfdaş ölkələrin əhatə olunmasını və prosesin müvafiq standartlara tam uyğun aparılmasını, həmin ölkələrdən daxil olmuş rəyləri əhatə edir. 

Mötəbər beynəlxalq təşkilat tərəfindən yüksək reytinqə layiq görülməsi Azərbaycanın beynəlxalq arenada məlumat mübadiləsi üzrə etibarlı tərəfdaş kimi tanınmasına töhfə verəcək, ölkəmizin beynəlxalq maliyyə bazarlarına inteqrasiyası baxımından müsbət nəticələr verəcək, investisiya qoyuluşları üzrə cəlbediciliyin artırılmasına səbəb olacaq. 

Ümumi Hesabatlılıq Standartı vergitutma məqsədləri üçün müxtəlif dövlətlər tərəfindən xarici şəxslərin digər ölkələrdə yerləşən maliyyə institutlarında olan hesabları haqqında məlumatların toplanması və həmin şəxslərin rezidenti olduqları dövlətlərlə avtomatik mübadiləsinin vahid prinsiplərini tənzimləyir.
Bu standartın Azərbaycanda tətbiqi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 3 may 2017-ci il tarixli 2834 nömrəli Sərəncamına əsasən, “Maliyyə hesabları barədə məlumatların avtomatik mübadiləsi haqqında səlahiyyətli orqanlar arasında Çoxtərəfli Razılaşma”ya qoşulmaq barədə bəyanat imzalanıb və hal-hazırda mübadilə üçün 116 tərəfdaş ölkəni ehtiva edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Tottenhem” İqor Tudorla yollarını ayırdı

“Tottenhem” İqor Tudorla yollarını ayırdı

“Bloomberg”dən nüvə silahları ilə bağlı QORXUNC YAZI

“Bloomberg”dən nüvə silahları ilə bağlı QORXUNC YAZI

Zamiq Hüseynovun xanımından istəyi - VİDEO

Zamiq Hüseynovun xanımından istəyi - VİDEO

Kadi "Qarabağ"dan gedir?

Kadi "Qarabağ"dan gedir?

İsrail yenə Tehrana zərbə endirir

İsrail yenə Tehrana zərbə endirir

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Şəmkirdə yaşayış evində 18 yaşlı gəncin meyiti aşkarlandı

Şəmkirdə yaşayış evində 18 yaşlı gəncin meyiti aşkarlandı

İllər sonra səhnəyə qayıdır - FOTO

İllər sonra səhnəyə qayıdır - FOTO

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Qəbələdə yaşayış evi yandı

Qəbələdə yaşayış evi yandı

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

İrana zərbələrdə 21 min sakin yaralanıb

İrana zərbələrdə 21 min sakin yaralanıb

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

Qazaxda gənc qız dəm qazından boğuldu

Qazaxda gənc qız dəm qazından boğuldu

Şahbaz Şərif onları qəbul etdi

Şahbaz Şərif onları qəbul etdi

İsfahan Texnologiya Universitetinə ZƏRBƏ ENDİRİLDİ

İsfahan Texnologiya Universitetinə ZƏRBƏ ENDİRİLDİ

Əsir düşmüş rus hərbçi Sibirdə Çin təsirinin miqyasından danışdı

Əsir düşmüş rus hərbçi Sibirdə Çin təsirinin miqyasından danışdı

Rasim Balayevin ölümündən aylar əvvəlki görüntüsünü PAYLAŞDI - VİDEO

Rasim Balayevin ölümündən aylar əvvəlki görüntüsünü PAYLAŞDI - VİDEO

ABŞ-ın “Tomahawk” ehtiyatı azalır — Ekspertlər bir neçə aylıq resursdan danışır

ABŞ-ın “Tomahawk” ehtiyatı azalır — Ekspertlər bir neçə aylıq resursdan danışır

İran zərbəsi Abu-Dabini alova qərq etdi: Nəhəng zavod yanır - VİDEO

İran zərbəsi Abu-Dabini alova qərq etdi: Nəhəng zavod yanır - VİDEO

Bu şəxslərin övladlarına 140 manat verilir

Bu şəxslərin övladlarına 140 manat verilir

SEPAH-dan şok ultimatum: “İki universitet vurulacaq”

SEPAH-dan şok ultimatum: “İki universitet vurulacaq”

Əfqanıstanda daşqınlar: 17 ölü var

Əfqanıstanda daşqınlar: 17 ölü var

End of content

No more pages to load

RADİO