“TV 8” kanalının rəhbəri, Türkiyənin məşhur iş adamı Acun İlıcalı qızı Melisa ilə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, lüks villalarında yeni il hazırlıqlarına başlayan Acun övladı ilə bir yerdə şam ağacını bəzəyib.
Həmin anları isə İlıcalı sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, A.İlıcalının dörd qız övladı var – Banu, Yasemin, Leyla və Melisa.
Rəşad Əliyev, Bizim.Media