Bolqarıstan Prezidenti Rumen Radev Türkiyəyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün qardaş ölkəyə səfər edəcək.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Bolqarıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Səfər çərçivəsində Türkiyə Prezidenti R.T.Ərdoğanla təkbətək görüşəcək Bolqarıstan lideri ikitərəfli münasibətləri müzakirə edəcək.
Tərəflər əməkdaşlığın təkmilləşdirilməsi istiqamətində atılacaq addımlardan danışacaq.
Görüş zamanı cari, regional və qlobal hadisələrlə bağlı fikir mübadiləsi də nəzərdə tutulub.
Bizim.Media