“Sony” korporasiyasının baş texnoloqu Hiroaki Kitano kompaniyanın insanabənzər robotların istehsalına hazır olduğunu bildirib.
Bizim.Media xəbər verir ki, Hiroaki Kitano bunu Reuters agentliyinə müsahibəsində deyib.
“Dünyanın bir neçə kompaniyası, o cümlədən “Sony” perspektivi aydınlaşan kimi insanabənzər robotların tez bir zamanda istehsalı üçün kifayət qədər texnologiyaya malikdir”, – deyə o bildirib.
Qeyd edək ki, “Sony” kinofilmlər, televiziya və musiqi proqramları, video oyun konsolları və kompüter oyunları hazırlayan törəmə şirkətləri ilə dünyanın ən böyük media korporasiyalarından biridir.
Bizim.Media