Azərbaycan energetika naziri Pərviz Şahbazov Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Haysam Əl-Qays ilə telefonla danışıb.
Bizim.Media xəbər verir ki, bu barədə nazir özünün tviter hesabında məlumat verib.
"Bu gün OPEC-in baş katibi Haysam Əl-Qays ilə telefon danışığında qlobal neft bazarının tənzimlənməsinə və OPEC+ formatında əməkdaşlığımıza dair müzakirələr apardıq",- deyə nazir əlavə edib.
Bizim.Media