Xəbər verdiyimiz kimi, iki gün əvvəl “İstedad” rəqs qrupunun üzvü Dəyanət Məmmədov yaşadığı evdə intihar edib.
Bizim.Media xəbər verir ki, müğənni Talıb Tale mərhum yaxın dostu Dəyanətlə çəkilən birgə fotolarını paylaşaraq onun həyatına son qoymasına inanmadığını yazıb.
“Adı kimi özü də dəyanətli, dostcanlı, fədakar Dəyanətin intiharı mənə anlaşılmaz, inanılmaz və sarsıdıcı gəlir. Allah rəhmət eləsin”, -deyə T.Tale bildirib.
Rəşad Əliyev, Bizim.Media