Xalq artisti Zeynəb Xanlarova uzun aradan sonra üzə çıxıb.
Bizim.Media xəbər verir ki, 85 yaşlı sənətkarın yeni fotosunu stilist Rəşad Əliyev sosial şəbəkə hesabında paylaşıb.
Rəşad Z.Xanlarovanın həm pərəştikarı, həm də şəxsi stilistidir. O, Xalq artistini tez-tez parodiya etdiyi görüntülərini sosial şəbəkədə izləyiciləri ilə bölüşür.
Qeyd edək ki, Zeynəb Xanlarova uzun müddətdir ki nə tədbirlərə, nə də ki televiziya verilişlərinə qatılır.
Rəşad Əliyev, Bizim.Media