“Dekabrın 5-i Qərbi Azərbaycandan soydaşlarımızın deportasiya edilməsinin ildönümü idi”.
Bizim.Media xəbər verir ki, bunu deputat Azay Quliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında səsləndirib.
Deputat soydaşlarımızın deportasiyası ilə bağlı təkliflə də çıxış edib:
“Hesab edirəm ki, deportasiya gününün ayrıca gün kimi qeyd etməliyik. Bundan əlavə, deportasiya qurbanlarının şərəfinə abidənin ucaldılmasını təklif edirəm”.
Murad Əhmədov, Bizim.Media