“Hazırki dönəmdə münaqişənin dondurulması siyasətinin şahidi oluruq”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Elman Nəsirov səsləndirib.
“Əldə edilmiş razılaşmaların dondurulması prosesi getməkdədir. Bu da ənənəvi “dondurma” siyasətinə gətirib çıxarır. Bunun da nəticəsinin nə olacağı bəllidir. Əgər Azərbaycan-Ermənistan münasibətlərində iki tərəf olsa idi, bəlkə də problem çoxdan həll olunardı. İndi isə 5-7 vasitəçi iştirak niyyətlərini ifadə edir. Xüsusən də, İranın pozuculuq fəaliyyəti sülhə maneə törədir”, - deyə deputat əlavə edib.
Murad Əhmədov, Bizim.Media