“İnşallah, Ermənistan da ağıllanar və onun da ərazisindən keçəcək nəqliyyat dəhlizlərindən faydalanar”.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada Hacı Bayram Veli Üniversitesində çıxışı zamanı bildirib.
O qeyd edib ki, Ermənistan Azərbaycanın torpaqlarını 30 il ərzində işğal altında saxlamaqla sabitliyə qovuşa bilməyəcəyini gördü:
“Amma biz Türkiyə və Azərbaycan olaraq sülh əlimizi uzatdıq. Azərbaycan əhatəli bir sülh müqaviləsi təklif edib, müzakirələrin isə nəticəyönümlü olması lazımdır”.
Bizim.Media