Hulusi Akar Azərbaycana səfər edəcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Anar Eyvazov Bizim.Media-ya bildirib ki, türkiyəli nazir birgə təlimləri izləmək məqsədilə bu gün Azərbaycana səfər edəcək.
“Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun dəvəti ilə Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar və Türkiyə Silahlı Qüvvələrinin digər rəhbər heyəti ölkəmizdə keçirilən birgə təlimləri izləmək məqsədilə bu gün Azərbaycana səfər edəcək”, - o qeyd edib.
Bizim.Media