Türkiyənin məşhur model və aparıcısı Özge Ulusoya ağır itki üz verib.
Bizim.Media xəbər verir ki, televiziya ulduzunun atası Heydər Ulusoy Ankarada yol qəzasında vəfat edib.
Özge baş verən ağır itki ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib. Məlumata görə, qəza dünən Ankaranın Çankaya rayonunda baş verib.
Ağır yaralanan 73 yaşlı Heydər Ulusoy həkimlərin müdaxiləsinə baxmayaraq, axşam saatlarında dünyasını dəyişib.
Rəşad Əliyev, Bizim.Media