Türkiyənin nüfüzlu sayca 48-ci “Altın Kelebek” mükafatlandırma mərasimi başlayıb.
Bizim.Media xəbər verir ki, mötəbər tədbir boyunca müxtəlif kateqoriyalar üzrə qaliblərin adları açıqlanacaq.
Gecənin aparıcılığı model Çağla Şikel və aktyor Cem Davrana həvalə olunub.
Sözügedən mərasimdə “Azərbaycanın ən parlaq ulduzu” nominasiyasında aktrisa Turanə Hüseynli, müğənnilər Ayaz Babayev və Nazryn mükafat uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, “Altın Kelebek” Xəzər televiziyası vasitəsi ilə canlı yayımlanır.
Rəşad Əliyev, Bizim.Media