Xəbər verdiyimiz kimi, ötən axşam Türkiyənin sevilən ulduzu Yalın Bakıda canlı konsert proqramı ilə çıxış edib.
Bizim.Media xəbər verir ki, sənətçi konsertin növbəti günündə qaldığı lüks otelin nömrəsindəki eyvanında Dənizkənarı Milli Parkda dalğalanan üç rəngli bayrağımızın fonunda “Sonsuz ol” nəğməsini səsləndirib.
Yalın həmin anları sosial şəbəkə hesabında izləyiciləri ilə paylaşıb.
Həmin video qısa zaman çərçivəsində sosial şəbəkə əhli tərəfindən bəyənilərək, xoş qarşılanıb.
Rəşad Əliyev, Bizim.Media