Kafelərdə məsul şəxs təyin edilməlidir - Yeni qayda

Koronavirus (COVID-19) pandemiyası dövründə insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrində COVID-19-a yoluxma hallarının və ya virusun yayılmasının qarşısının alınması məqsədilə həmin müəssisədə çalışan işçi heyət və istehlakçıların xüsusi davranış qaydalarına əməl etməsi zəruri şərtlərdəndir.

Bizim.Media-ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, qurumun müfəttişləri tərəfindən hazırda ölkə üzrə fəaliyyət göstərən ictimai iaşə müəssisələrində nəzarət tədbirləri həyata keçirilir.

İctimai iaşə müəssisələrində yerində xidmətin bərpa olunması ilə bağlı yoxlama-nəzarət tədbirlərinin miqyası daha da genişləndirilib.

Aparılan monitorinqlər zamanı pandemiya dövrünün tələblərinə əməl etməyən ictimai iaşə müəssisələri aşkarlandığı halda qanunvericiliyə uyğun olaraq tədbirlər həyata keçiriləcəkdir.

Bildirilib ki, ictimai iaşə müəssisələrində müştəri qəbulu qüvvədə olan norma və qaydalardan 2 dəfə az olmalı və müvafiq olaraq hər adambaşına müəyyən edilən sahə ikiqat artırılmalıdır.

Qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafə isə 2 metrdən az olmamalıdır.

Xəstəliyə yoluxma riskini azaltmaq üçün ictimai yerlərdə ortaq istifadə edilən səthlərin mütəmadi təmizlənməsi və dezinfeksiya edilməsi zəruridir.

Təmizlik-dezinfeksiya işləri iş saatı ərzində, əsasən işlək sahələrdə (giriş-çıxış, kassa və s.), iş saatından sonra isə bütün sahələrdə həyata keçirilməlidir.

Sanitar-gigiyenik qaydalara əsasən, ictimai iaşə müəssisələrində sanitar məişət otaqları (sanitar qovşaq, soyunub-geyinmə otağı və s.) işlək və təmiz vəziyyətdə saxlanmalı, axar isti və soyuq su təchizatı ilə təmin edilməlidir.

Hər bir müəssisənin təmizlik vasitələri və dezinfeksiyaedici maddələrlə daimi olaraq təmin edilməsi şərtdir.

İşçi heyət hər zaman şəxsi gigiyena qaydalarına ciddi riayət etməlidir. Həmçinin onların dəyişəkli təmiz iş geyimi olmalıdır.

Gün ərzində bir çox insanla təmasda olduqlarından qoruyucu vasitələrlə və dezinfeksiyaedici məhlulla təmin olunmalıdırlar.

Bundan başqa, sahibkarlar tərəfindən hər bir ictimai iaşə müəssisəsində məsul şəxs təyin edilməli və bu məsul şəxs haqqında məlumatlar Agentliyə şəxsi kabinetlər vasitəsilə və ya monitoring@afsa.gov.az elektron poçt ünvanına göndərilməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Altıncı “Yüksəliş” müsabiqəsinin Ümumi biliklər imtahanı keçirildi

Altıncı “Yüksəliş” müsabiqəsinin Ümumi biliklər imtahanı keçirildi

“Bakı Marafonu 2026”ın qaliblərinə mükafatı Leyla Əliyeva təqdim etdi

“Bakı Marafonu 2026”ın qaliblərinə mükafatı Leyla Əliyeva təqdim etdi

Səhhətində problem yaranan Aygün Kazımova bu gün də səhnəyə çıxmadı - VİDEO

Səhhətində problem yaranan Aygün Kazımova bu gün də səhnəyə çıxmadı - VİDEO

“Bakı Marafonu 2026”dan yaddaqalan FOTOLAR

“Bakı Marafonu 2026”dan yaddaqalan FOTOLAR

Tofiq Paşayevə AĞIR İTKİ

Tofiq Paşayevə AĞIR İTKİ

Möhsün Rəzai ABŞ-ı “aviadaşıyıcıları olan pirat” adlandırdı

Möhsün Rəzai ABŞ-ı “aviadaşıyıcıları olan pirat” adlandırdı

ABŞ-da Trampın adı ilə bağlı 12 layihə və məkan var

ABŞ-da Trampın adı ilə bağlı 12 layihə və məkan var

Zelenski İrəvana gəldi

Zelenski İrəvana gəldi

"Bakı Marafonu 2026"da 1-ci yerin sahibinə veriləcək MƏBLƏĞ açıqlandı

"Bakı Marafonu 2026"da 1-ci yerin sahibinə veriləcək MƏBLƏĞ açıqlandı

Anar Ələkbərov bulvarda təqaüdçülərlə şahmat oynadı - FOTO

Anar Ələkbərov bulvarda təqaüdçülərlə şahmat oynadı - FOTO

Sürücülük vəsiqəmiz hansı ölkələrdə tanınır? - FOTO

Sürücülük vəsiqəmiz hansı ölkələrdə tanınır? - FOTO

Təyyarə körpü ilə TOQQUŞDU - ANBAAN VİDEO

Təyyarə körpü ilə TOQQUŞDU - ANBAAN VİDEO

Sabahın havası bu insanlar üçün əlverişlidir

Sabahın havası bu insanlar üçün əlverişlidir

ABŞ-da təyyarə qəzası: Piklbol komandasının 5 üzvü həlak oldu – VİDEO

ABŞ-da təyyarə qəzası: Piklbol komandasının 5 üzvü həlak oldu – VİDEO

Mayda hansı bürclər sevgi tapacaq və evlilik qərarı verəcək? – Astroloji proqnoz

Mayda hansı bürclər sevgi tapacaq və evlilik qərarı verəcək? – Astroloji proqnoz

Süni intellekt hansı peşələri sıradan çıxara bilər? – Ekspertlərdən XƏBƏRDARLIQ

Süni intellekt hansı peşələri sıradan çıxara bilər? – Ekspertlərdən XƏBƏRDARLIQ

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Diabet riskini azaldan gündəlik VƏRDİŞLƏR

Diabet riskini azaldan gündəlik VƏRDİŞLƏR

Üç ayda Türkiyəyə 9,2 milyon turist gəlib

Üç ayda Türkiyəyə 9,2 milyon turist gəlib

"Ürəyimi açdım, arxamdan VURDU"

"Ürəyimi açdım, arxamdan VURDU"

Avtomobildə yüksək səslə musiqi dinləyənlərə XƏBƏRDARLIQ

Avtomobildə yüksək səslə musiqi dinləyənlərə XƏBƏRDARLIQ

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Leyla Əliyeva və Arzu Əliyeva Beynəlxalq Xalça Festivalını ziyarət etdilər - FOTO

Leyla Əliyeva və Arzu Əliyeva Beynəlxalq Xalça Festivalını ziyarət etdilər - FOTO

Anar Ələkbərov "Bakı Marafonu 2026"dan paylaşım etdi - FOTO

Anar Ələkbərov "Bakı Marafonu 2026"dan paylaşım etdi - FOTO

End of content

No more pages to load

RADİO