Bakıda silahlı narkotacirlər saxlanıldı - FOTO

Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini Emil Məmmədov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya bildiriblər ki, axtarış zamanı ondan 33 qrama yaxın metamfetamin aşkarlanıb.

Davam etdirilən tədbirlər nəticəsində E.Məmmədovun idarə etdiyi avtomobilə baxış keçirilib.

Avtomobildən 3 kiloqram 290 qram heroin, 1 kiloqram 322 qrama yaxın metamfetamin və 240 qram marixuana götürülüb.

Araşdırma zamanı müəyyənləşdirilib ki, Emil Məmmədov xarici ölkələrdən birinin şəxsiyyəti istintaqa məlum olmayan vətəndaşı ilə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq narkotik vasitələrin Bakı şəhərinə gətirilməsinə kömək edib.

Saxlanılan şəxsin həmin xarici ölkə vətəndaşının tapşırığı ilə narkotik maddələri paytaxtın müxtəlif yerlərinə qoymaqla ayrı-ayrı şəxslərə çatdırılmasını və satılmasını təşkil etməli olduğu müəyyənləşdirilib.

Həmin rayon polis idarəsinin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat nəticəsində isə paytaxt sakini Eldar Useynov saxlanılıb.

Onun üzərinə və idarə etdiyi minik avtomobilinə baxış zamanı ümumi çəkisi 25 qrama yaxın heroin, “Borxard-Lüger” konstruksiyalı tapança və 27 patron aşkarlanaraq götürülüb.

E.Useynov ifadəsində narkotik vasitələrlə silah-sursatın ona məxsus olduğunu və satmaq məqsədilə əldə etdiyini deyib.

Faktlarla bağlı saxlanılan şəxslər barəsində Nərimanov Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Hər iki şəxs tutularaq istintaqa cəlb olunub, araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Altıncı “Yüksəliş” müsabiqəsinin Ümumi biliklər imtahanı keçirildi

Altıncı “Yüksəliş” müsabiqəsinin Ümumi biliklər imtahanı keçirildi

“Bakı Marafonu 2026”ın qaliblərinə mükafatı Leyla Əliyeva təqdim etdi

“Bakı Marafonu 2026”ın qaliblərinə mükafatı Leyla Əliyeva təqdim etdi

Səhhətində problem yaranan Aygün Kazımova bu gün də səhnəyə çıxmadı - VİDEO

Səhhətində problem yaranan Aygün Kazımova bu gün də səhnəyə çıxmadı - VİDEO

“Bakı Marafonu 2026”dan yaddaqalan FOTOLAR

“Bakı Marafonu 2026”dan yaddaqalan FOTOLAR

Tofiq Paşayevə AĞIR İTKİ

Tofiq Paşayevə AĞIR İTKİ

Möhsün Rəzai ABŞ-ı “aviadaşıyıcıları olan pirat” adlandırdı

Möhsün Rəzai ABŞ-ı “aviadaşıyıcıları olan pirat” adlandırdı

ABŞ-da Trampın adı ilə bağlı 12 layihə və məkan var

ABŞ-da Trampın adı ilə bağlı 12 layihə və məkan var

Zelenski İrəvana gəldi

Zelenski İrəvana gəldi

"Bakı Marafonu 2026"da 1-ci yerin sahibinə veriləcək MƏBLƏĞ açıqlandı

"Bakı Marafonu 2026"da 1-ci yerin sahibinə veriləcək MƏBLƏĞ açıqlandı

Anar Ələkbərov bulvarda təqaüdçülərlə şahmat oynadı - FOTO

Anar Ələkbərov bulvarda təqaüdçülərlə şahmat oynadı - FOTO

Sürücülük vəsiqəmiz hansı ölkələrdə tanınır? - FOTO

Sürücülük vəsiqəmiz hansı ölkələrdə tanınır? - FOTO

Təyyarə körpü ilə TOQQUŞDU - ANBAAN VİDEO

Təyyarə körpü ilə TOQQUŞDU - ANBAAN VİDEO

Sabahın havası bu insanlar üçün əlverişlidir

Sabahın havası bu insanlar üçün əlverişlidir

ABŞ-da təyyarə qəzası: Piklbol komandasının 5 üzvü həlak oldu – VİDEO

ABŞ-da təyyarə qəzası: Piklbol komandasının 5 üzvü həlak oldu – VİDEO

Mayda hansı bürclər sevgi tapacaq və evlilik qərarı verəcək? – Astroloji proqnoz

Mayda hansı bürclər sevgi tapacaq və evlilik qərarı verəcək? – Astroloji proqnoz

Süni intellekt hansı peşələri sıradan çıxara bilər? – Ekspertlərdən XƏBƏRDARLIQ

Süni intellekt hansı peşələri sıradan çıxara bilər? – Ekspertlərdən XƏBƏRDARLIQ

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Diabet riskini azaldan gündəlik VƏRDİŞLƏR

Diabet riskini azaldan gündəlik VƏRDİŞLƏR

Üç ayda Türkiyəyə 9,2 milyon turist gəlib

Üç ayda Türkiyəyə 9,2 milyon turist gəlib

"Ürəyimi açdım, arxamdan VURDU"

"Ürəyimi açdım, arxamdan VURDU"

Avtomobildə yüksək səslə musiqi dinləyənlərə XƏBƏRDARLIQ

Avtomobildə yüksək səslə musiqi dinləyənlərə XƏBƏRDARLIQ

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Leyla Əliyeva və Arzu Əliyeva Beynəlxalq Xalça Festivalını ziyarət etdilər - FOTO

Leyla Əliyeva və Arzu Əliyeva Beynəlxalq Xalça Festivalını ziyarət etdilər - FOTO

Anar Ələkbərov "Bakı Marafonu 2026"dan paylaşım etdi - FOTO

Anar Ələkbərov "Bakı Marafonu 2026"dan paylaşım etdi - FOTO

End of content

No more pages to load

RADİO