Xəbər verdiyimiz kimi, ötən gecə “GQ Türkiyə” mükafatlandırma mərasimi keçirilib.
Bizim.Media xəbər verir ki, mərasimdə “İlin aktyoru” mükafatını alan Uraz Kaygılaroğlu səhnədə çıxışı zamanı əsəbiləşib.
Aktyor keçmiş həyat yoldaşı Melis İşitenin qəza keçirdikdən sonra çətin anlar yaşadığını açıqlasa da, səhnədə mükafatı ona təqdim edən yumorist Cem Yılmazın rəftarı onu narahat edib.
Birdən-birə üz ifadəsi 180 dərəcə dəyişən Uraz “Ciddi bir şeydən danışıram” deyərək Yılmaza xəbərdarlıq edib.
Həmin anlar sosial şəbəkələrdə yayılaraq “viral” olub.
Rəşad Əliyev, Bizim.Media