Ötən gecə “GQ Türkiyə” mükafatlandırma mərasimində “Men of the year 2022” (2022-ci ilin kişiləri –red.) qaliblərin seçilib.
Bizim.Media xəbər verir ki, gecədə diqqət çəkən məqam “İlin ikonu” nominasiyasına layiq görülən Türkiyənin pop ulduzu Kənan Doğuluya mükafatı aktrisa həyat yoldaşı Beren Saatın təqdim etməsi olub.
Səhnəyə çıxan Beren əri Kənanı dodağından öpərək onları bir araya gətirənlərə minnətdarlığını bildirib.
“Yaş artdıqca seksual görünən həyat yoldaşıma bu mükafatı verdiyim üçün xoşbəxtəm”, - deyə B.Saat bildirib.
Aktrisa xanımının bu çıxışı isə Kənanı duyğulandırıb. O, həmin an qəhərlənərək, səhnədə göz yaşlarına boğulub.
Rəşad Əliyev, Bizim.Media