Rusiya Premyer Liqası təmsilçisi "Ximki"nin futbolçusu Ayaz Quliyev Azərbaycanda oynaya bilər.
Bizim.Media adıçəkilən futbolçunu “Neftçi” klubu transfer etmək istəyir.
Bakı təmsilçisi əslən azərbaycanlı olan oyunçunun transferi ilə bağlı "Ximki" ilə müzakirələr aparır. "Neftçi"nin 26 yaşlı yarımmüdafiəçiyə görə 300 min avro təklif etməyə hazır olduğu vurğulanıb. Ancaq Moskva klubuna hələ rəsmi təklif göndərilməyib.
Məlumata görə, futbolçuya Azərbaycan vətəndaşlığı da verilib.
Qeyd edək ki, Ayaz Quliyev “Ximki”yə bu ilin iyulunda Tula “Arsenal”ından keçib. O, klubu ilə 2024-cü ilin yayına kimi müqavilə imzalayıb.
Bizim.Media