Rusiyanın Xalq artisti Filipp Kirkorov qızı Alla Viktoriyanı 11 yaşı münasibətilə təbrik edib.
Bizim.Media xəbər verir ki, epotajlı estrada ulduzu qızına çiçəklər və şirniyyatlardan əlavə, “Louis Vuitton” brendinin ən son kolleksiyasından olan dəbədəbəli sırğaları hədiyyə edib.
Zinət əşyası Kirkorova 52000 rubla (təxminən 1440 manat) başa gəlib.
Filipp balaca şahzadəsini sosial şəbəkə hesabında bu sözlərlə təbrik edib:
“Mənim Qar Kraliçam! Mən sənə ildən-ilə qış nağılını hədiyyə verəcəm. Buna söz verirəm”.
Qeyd edək ki, sevimli qızı üçün belə bahalı hədiyyənin Kirkorovun büdcəsinə zərər vurması ehtimalı yoxdur. Çünki, bir çıxış üçün müğənni bir neçə milyon rubl qonorar alır.
Rəşad Əliyev, Bizim.Media