“Verilişinizə gələndə avtomobilimi cərimə meydançasına apardılar. Cəriməm var idi”.
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan qonaq olduğu “Günün sədası” verilişində deyib.
Sənətçi bildirib ki, ona yazılan cərimələri vaxtlı-vaxtında ödəmir.
“Vaxtında cəriməni ödəmirəm və yığılır. Texniki baxış etmirəm, ona görə yığılıb qalır. Hər zaman deyirəm ki, polisim məni qoruyur. Bəzən bizi anlamalıdırlar. Çəkilişlərə gedirik, gecikirik”,- deyə Əməkdar artist vurğulayıb.
Qeyd edək ki, E.Seyidcahan müsahibələrinin birində 5 min manat məbləğində cəriməsinin olduğunu və bu səbəbdən idarə etdiyi avtomobilinin əlindən alındığını açıqlamışdı.
Rəşad Əliyev, Bizim.Media