Xəbər verdiyimiz kimi, müğənni Xatirə İslam verilişlərin birində daha muğam oxumaq istəmədiyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Həmin Zaur” axşam şousunda deyib ki, illər əvvəl mərhum Əməkdar artist Süleyman Abdullayev (“Dədə Süleyman”) onun muğam oxumasını tənqid edib.
“20 yaşımda “Mahnı Teatrı”nda keçirilən konsertdə ilk dəfə muğam oxudum. Düşündüm ki, yaxşı oxumuşam. “Dədə Süleyman”a dedim ki, muğam ifa etmişəm, efirdə mənə baxdınız?
Cavab olaraq söylədi ki, “Hə, ifanı dinlədim. Amma elə bil ki, muğamı rus oxuyur” (gülür). O vaxtlar uşaq idim, muğam öyrənməyə yeni başlamışdım”, deyə Xatirə İslam vurğulayıb.
Rəşad Əliyev, Bizim.Media