Xəbər verdiyimiz kimi, ağır çəkili sırğalar taxdığından qulağı cırılan Əməkdar artist Rühəngiz Allahverdiyeva bir müddət əvvəl əməliyyat olunub.
Bizim.Media xəbər verir ki, noyabrın əvvəlində qulağından əməliyyat olunan sənətçi qonaq olduğu “Səhər mərkəzi” verilişinə iri ölçülü və ağır çəkili sırğalar taxıb.
Proqramın aparıcısı Afaq Gəncəlinin “Qulağınızdan əməliyyat olunmuşdunuz. Bu sizə dərs olmadı? Yenə böyük ölçülü sırğalar taxmısınız” sözlərinə Rühəngiz “Xeyr, dərs olmur. Çünki balaca aksesuarları taxmağı sevmirəm” şərh bildirib.
Rəşad Əliyev, Bizim.Media