“Həyatımda dediyim bir dənə “kaş” sözü var. Kaş anam vəfat edən həmin dəqiqə yanında olardım (qəhərdən ağlayır – red.)”.
Bizim.Media xəbər verir ki, bu sözləri aşıq Telli Borçalı qonaq olduğu “Günün sədası” verilişində deyib.
Sənətçi açıqlamasında bildirib ki, anası ilə münasibəti hər zaman məsafəli olub:
“Qismət elə imiş. Axşam saat 21:00-da Bakıya çatdım. Səhər saat 09:00-da isə dedilər ki, ananız dünyasını dəyişib. Amma anamı sağ qoyub getmişdim. İnsanlar var ki, anası ilə çox yaxın olur. Amma mənim anamla münasibətim çox məsafəli idi. Anam mənə heç zaman heç nəyi açıq deməyib. Allah anama rəhmət eləsin. O, hər zaman ürəyimdədir”.
Rəşad Əliyev, Bizim.Media