Müğənni Nazənin Salayeva yenidən plastik əməliyyat olunmağı planlaşdırır.
Bizim.Media xəbər verir ki, sənətçi bu barədə “MTV Maqazin”ə müsahibəsində deyib.
N.Salayevə bildirib ki, yaxın zamanda buxaq əməliyyatı keçirəcək:
“Çox güman ki, 1 ay ərzində estetik (əməliyyat) etdirəcəyəm. Üç-dörd aydır bu fikirdəyəm. Özümə kompleks edirəm. Mənim üçün rahat deyil. Ona görə plastik əməliyyat etdirəcəm”.
Qeyd edək ki, N. Salayeva illər əvvəl burnunda rinoplastika, daha sonra isə qarın nayihəsindəki artıq piylərdən qurtulmaq üçün liposaksiya əməliyyatı keçirib.
Rəşad Əliyev, Bizim.Media