Toppuş bacı: “13500 manatın əsas hissəsini Pərvinin və Azərin hesabına toplamışam” – VİDEO

“Altı həftədən sonra Maqnit Rezonans Tomoqrafiyanın (MRT) nəticələri bəlli olacaq. Az müddət keçər, hamımız sevinərik. Sənət yoldaşlarıma artıq bir dəfə müraciət etmişəm. Sağ olsunlar, əlimdən tutublar. İkinci dəfə isə onlara müraciət etmədim. Etmək də istəmirəm”.

Bizim.Media xəbər verir ki, bu sözləri “Toppuş bacı” ləqəbi ilə şou-biznesdə məşhurlaşan Əməkdar artist Tünzalə Əliyeva qonaq olduğu “Zaurla Günaydın” səhər şousunda deyib

Sənətçi bildirib ki, “ağıllı dərman”adlı preparatın alınması üçün aktrisa Pərvin Abıyeva, aparıcı Azər Zahid və sosial şəbəkə izləyicilərinin köməyi ilə 13500 manat pul toplayıb.

““TikTok”dan 8-9 minə yaxın pul toplamışam. Pərvin Abıyevaya və Azər Zahidə təşəkkürümü bildirirəm. Onlar mənimlə orada yarış etdi, hesabıma daha çox pul gəldi. Azərin və dostu mənə çox yardım etdilər. Onlar mənim hesabıma 1000 manat pul köçürdülər. Xalqım da mənə yardım etdi. Hazırda 13500 manat pulum var. “Ağıllı dərman” preparatının ilk dozasını Zaur Baxşəliyev aldı. Preparatın bir dozası 3200 manatdır. Bahalı dərmandır, insanları yükləyə bilmərəm.

Deyirlər ki, tanışın yoxdur ki, onlar sənə 35 min manat yardım etsinlər. Cavab verirəm ki, həqiqətən belə insan yoxdur ki, ondan bu pulu götürüm. 12 ədəd “ağıllı dərman” almalıyam. 1 ədədini artıq vurdurmuşam. 13500 manata isə dörd-beş ədəd bu preparatdan ala bilərəm”. 

T.Əliyeva bildirib ki, Almaniyada yaşayan həmvətənlərimiz də aktrisa üçün müəyyən məbləğ toplayıblar. 

“Dünən mənə Almaniyadan üzünü belə görmədiyim Rəna adlı xanım zəng edərək söylədi ki, səninlə bağlı bir yardım kampaniyası başlatmışam. Burada yaşayan həmvətənlərimiz sənə dərmanlarını almaqda kömək edəcəklər. Dedi ki, almalı olduğunuz preparatın bir dozasının pulunu yığmışıq. Cəmi altı ədəd “ağıllı dərman”ı almalıyam”, - deyə aktrisa vurğulayıb. 

Qeyd edək ki, uzun müddətdir xərçənglə mübarizə aparan T.Əliyeva bir müddət əvvəl redaksiyamızın əməkdaşı ilə söhbətində əlliyə yaxın kimyaterapiya aldığını açıqlayıb. Belə ki, o, ağır xəstəliyin metastaz verərək daxili orqanlarına yayıldığını bildirib. 
Beynində bədxasisəli şiş aşkarlandığını və səhhətinin ağır olduğunu bildirən aktrisa sağlamlıq vəziyyətini yaxşılaşdırmaq üçün təcili şüaterapiya almalı, daha sonra isə "ağıllı dərmanlar" qəbul etməli olduğunu açıqlayıb. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsveçrədə DƏHŞƏTLİ PARTLAYIŞ – Ölən və yaralananlar var – VİDEO

İsveçrədə DƏHŞƏTLİ PARTLAYIŞ – Ölən və yaralananlar var – VİDEO

Öskürəkdən əziyyət çəkənlərə XƏBƏRDARLIQ – Bu içkilərdən UZAQ DURUN!

Öskürəkdən əziyyət çəkənlərə XƏBƏRDARLIQ – Bu içkilərdən UZAQ DURUN!

Hər gün kitab oxumağın 6 FAYDASI

Hər gün kitab oxumağın 6 FAYDASI

61 il eyni məktəbdə çalışan müəllim Rekordlar Kitabına DÜŞDÜ

61 il eyni məktəbdə çalışan müəllim Rekordlar Kitabına DÜŞDÜ

Millimizin futbolçusu və həndbol yığmamızın üzvü nişanlandı – FOTO

Millimizin futbolçusu və həndbol yığmamızın üzvü nişanlandı – FOTO

Kürdəmirdə AĞIR QƏZA – Xəsarət alanlar var – FOTO/VİDEO

Kürdəmirdə AĞIR QƏZA – Xəsarət alanlar var – FOTO/VİDEO

İtkin düşən beş nəfər bayram günü TAPILDI

İtkin düşən beş nəfər bayram günü TAPILDI

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Orban: “ABŞ 2026-cı ildə Rusiya ilə sülh müqaviləsi bağlaya bilər”

Orban: “ABŞ 2026-cı ildə Rusiya ilə sülh müqaviləsi bağlaya bilər”

Evini kirayə verənlərə ŞAD XƏBƏR

Evini kirayə verənlərə ŞAD XƏBƏR

Tramp Yeni ildə özünə nə söz verib? – VİDEO

Tramp Yeni ildə özünə nə söz verib? – VİDEO

Afrika Millətlər Kuboku: 1/8 finalın cütlükləri və oyunların TƏQVİMİ

Afrika Millətlər Kuboku: 1/8 finalın cütlükləri və oyunların TƏQVİMİ

Elnarə ailəsi ilə - FOTO

Elnarə ailəsi ilə - FOTO

Amsterdamda 150 illik kilsə Yeni il gecəsi YANDI – ANBAAN VİDEO

Amsterdamda 150 illik kilsə Yeni il gecəsi YANDI – ANBAAN VİDEO

Şabranda qadın meyiti tapıldı – ÖZƏL

Şabranda qadın meyiti tapıldı – ÖZƏL

Xaricdən telefon gətirmək istəyənlərin NƏZƏRİNƏ

Xaricdən telefon gətirmək istəyənlərin NƏZƏRİNƏ

İranda GƏRGİNLİK ARTIR - Etirazçılar SEPAH-a məxsus texnikaları yandırdılar – VİDEO

İranda GƏRGİNLİK ARTIR - Etirazçılar SEPAH-a məxsus texnikaları yandırdılar – VİDEO

Daha bir ölkə avroya KEÇDİ

Daha bir ölkə avroya KEÇDİ

Trampdan Putinə AĞIR ZƏRBƏ – Rusiyanın yalanını belə İFŞA ETDİ – FOTO

Trampdan Putinə AĞIR ZƏRBƏ – Rusiyanın yalanını belə İFŞA ETDİ – FOTO

Qadınların pensiya yaşı artırılacaq – BU TARİXDƏN

Qadınların pensiya yaşı artırılacaq – BU TARİXDƏN

Azərbaycanda ən çox turist bu əraziləri seçir - AÇIQLAMA

Azərbaycanda ən çox turist bu əraziləri seçir - AÇIQLAMA

Ət bazarında canlanma: Qiymətlər UCUZLAŞACAQ? - VİDEO

Ət bazarında canlanma: Qiymətlər UCUZLAŞACAQ? - VİDEO

2026-cı ilin ilk dəqiqələrində şəhərin mərkəzində evlilik təklifi – VİDEO

2026-cı ilin ilk dəqiqələrində şəhərin mərkəzində evlilik təklifi – VİDEO

Zelenski: “Sülh sazişinin 90 faizi hazırdır” – VİDEO

Zelenski: “Sülh sazişinin 90 faizi hazırdır” – VİDEO

End of content

No more pages to load

RADİO