“Səhər saat 10:00-dan axşam saat 19:00-a kimi klinikada oluram. Toyum olanda işdən saat 18:00-da çıxıram. Yarım saatlıq toyda çıxışım olanda isə işdən bir saat gec çıxıram”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Elnar Xəlilov “MTV maqazin” verilişinə müsahibəsində deyib.
Peşəsi stomatologiya olan sənətçi bildirib ki, musiqi onun həyat yoldaşı, tibb isə sevgilsidir.
“Birbaşa pasientlə çalışıram. Hər hansı məsuliyyətsizlikdən pasientin ağzında əks təsir ola bilər. Onlar olmasın deyə, A-dan Z-yə kimi stomatologiya sahəsini öyrənməliyəm. Öz sahəmin bilicisi olmaq arzumdur. Musiqi həyat yoldaşım, tibb isə sevgilimdir. Həyat yoldaşımdan çoxlu övladlarımız var, sevgilimlə isə görək başımıza nə gəlir (gülür)”, - deyə E.Xəlilov bildirib.
Rəşad Əliyev, Bizim.Media