Türkiyənin məşhur ulduzu Seda Sayan növbəti dəfə estetik əməliyyat etdirib.
Bizim.Media xəbər verir ki, xarici görünüşünü ideallaşdırmaq uğrunda mübarizə aparan sənətçi çənə hissəsini dolğu vasitəsi ilə incəldib.
Etdirdiyi estetik prosedurdan "yerlə göy" qədər razılığını dilə gətirən Sayan "Çənəmin konturuna baxın, necə gözəl alındı", - deyə bildirib.
Qeyd edək ki, Seda Sayan daha əvvəl iki dəfə üzündə "Fransız askısı" adlanan (sapla üzün dartılması - red.) estetik prosedur etdirib. Müğənni həmin ərəfədə sinəsindəki silikonlarını da yeniləyib.
Rəşad Əliyev, Bizim.Media