Atabəylər dövləti ilə bağlı serialın tizeri təqdim OLUNDU - VİDEO

Bu gün “JW Mariott Absheron” hotelində “Atabəylər: Şəmsəddin Eldəniz” çoxseriyalı tarixi bədii televiziya filmi layihəsinin və tizerinin təqdimatı keçirilib. 

Bizim.Media xəbər verir ki, təqdimatda mədəniyyət naziri Anar Kərimov, kino xadimləri, biznes strukturlarının rəhbərləri, iş adamları və media təmsilçiləri iştirak ediblər. 

Tədbirdə qeyd edilib ki, Azərbaycanın ilk tarixi çoxseriyalı bədii televiziya filmi statusunu alacaq “Atabəylər: Şəmsəddin Eldəniz” Azərbaycan tarixinə dövlət quruculuğu nailiyyətləri, hərbi zəfərlər və mədəni intibah dövrü kimi düşmüş 12-ci əsrdəki hadisələrə iki böyük tarixi şəxsiyyətin – Atabəy Şəmsəddin Eldəniz və Möminə Xatunun həyat hekayətləri fonunda ekran səciyyəsi verəcək. Birinci mövsümdə filmin 24 seriyasının tamaşaçılara təqdim olunması nəzərdə tutulur.

Növbəti mövsümdə “Turan yoluna doğan günəş” adlanacaq daha 24 bölümdə Atabəylər dövlətinin digər tarixi simalarının – Məhəmməd Cahan Pəhləvanın və Qızıl Arslanın hakimiyyəti dövrləri əhatə ediləcək.

Mədəniyyət Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu, Azərbaycan İlahiyyat İnstitutu və “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin tərəfdaşlığı ilə ərsəyə gələcək filmin hazırlıq mərhələsi artıq başa çatıb, filmin tizeri çəkilib. 
 Hazırlıq mərhələsinə tarix, mədəniyyət, ədəbiyyat və dilçilik üzrə mütəxəssislər məsləhətçi qismində cəlb olunub, orta əsrlərin dil üslubu, ədəbi mühiti, sosial-mədəni həyatı barədə geniş araşdırmalar aparılıb.

Çoxseriyalı televiziya filmi həm birbaşa tarixi faktlar əsasında, həm də filmi tamaşaçıya daha da maraqlı çatdırmaq üçün yaradıcı heyətin bədii təxəyyülü üzrə ekranlaşdırılacaq.

Türkiyə Radio Televiziya Qurumu (TRT) və Türkiyənin ATV telekanalı ilə ilkin razılaşma əsasında çoxseriyalı televiziya filmlərinin çəkilişi üçün formalaşdırılan yeni prodakşn - “Şahdağfilm”in peşəkar kino işçilərindən ibarət yaradıcı heyəti treninqlər üçün qardaş ölkədə olub. 

Filmin məhz bu dövrdə çəkilməsinin xüsusi əhəmiyyəti layihənin təqdimat mərasimində xüsusi vurğulanıb.

Bildirilib ki, “Dəmir yumruq” ideologiyası bizi tariximizin qəhrəmanlıq səhifələrini daha əzmlə vərəqləməyə, vətənpərvərlik hisslərini dərindən oyatmağa, gənc nəslin qürurlanması üçün böyük zəminlər hazırlamağa sövq edir.

Ekran işinin çəkilişi üçün Azərbaycanın əsrarəngiz təbiətindən, qədim tarixi abidələrindən və yeni qurulacaq pavilyonlardan istifadə ediləcək. Pavilyonlarda erkən orta əsrlərə aid şəhərlər əks olunacaq.
Gəncə, Naxçıvan, Beyləqan, Kutaisi, Təbriz, Dərbənd, Həmədan, Şamaxı şəhərləri, eləcə də Ələmut qalası, Zəngəzur və Qarabağ obası quraşdırılacaq. Şəhərlərdə saraylar, evlər, bazarlar, meydanlar, məscid və mədrəsələr, qalalar, habelə çadırlardan ibarət olacaq digər obalar da mütəxəssislərin köməyi ilə tam həmin dövrə - 12-ci əsrə aid tarixi mənbələrdəki əkslərinə uyğunlaşdırılacaq.

Mədəniyyət Nazirliyinin təəşəbbüsü olaraq filmin çəkilişi boyu inşa ediləcək pavilyonların sonradan muzey-parklar kimi istifadəyə verilməsi nəzərdə tutulur. 

Təqdimat mərasimində vurğulanıb ki, ortaya çox gərgin və məsuliyyətli hazırlıq prosesi keçmiş, böyük resurslar cəlb edilmiş və kifayət qədər peşəkarlıqla hazırlanmış zəngin bir layihə qoyulur. Qeyd olunub ki, bədii televiziya filminin yayım hüququ “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-yə məxsusdur.

Tədbir Amerika Ticarət Palatasının Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə keçirilib.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İdman zalı ayaq yolundan daha mikropludur

İdman zalı ayaq yolundan daha mikropludur

BMT baş katibi: “Ukraynada yaxın zamanda sülh görünmür”

BMT baş katibi: “Ukraynada yaxın zamanda sülh görünmür”

“Qarabağ” “Benfika”nı YIXDI 3:2 - Qələbə qolları - VİDEO

“Qarabağ” “Benfika”nı YIXDI 3:2 - Qələbə qolları - VİDEO

Ceyhunun avtomobili YANDI

Ceyhunun avtomobili YANDI

"Qarabağ" 3-cü qolu VURDU - VİDEO

"Qarabağ" 3-cü qolu VURDU - VİDEO

İsrail Suriyaya yeni təhlükəsizlik sazişi təklif edib – KİV

İsrail Suriyaya yeni təhlükəsizlik sazişi təklif edib – KİV

Sumqayıtda qadın qətlə yetirildi - Əri şübhəli bilinir - FOTO

Sumqayıtda qadın qətlə yetirildi - Əri şübhəli bilinir - FOTO

Trampdan Azərbaycanla bağlı növbəti PAYLAŞIM - FOTO

Trampdan Azərbaycanla bağlı növbəti PAYLAŞIM - FOTO

"Qarabağ" hesabı BƏRABƏRLƏŞDİRDİ - VİDEO

"Qarabağ" hesabı BƏRABƏRLƏŞDİRDİ - VİDEO

Onkoloq Anar Məmmədovun peşəkarlığı səhv iddiaları DOĞRU ÇIXARDI - VİDEO

Onkoloq Anar Məmmədovun peşəkarlığı səhv iddiaları DOĞRU ÇIXARDI - VİDEO

"Qarabağ" fərqi AZALTDI - VİDEO

"Qarabağ" fərqi AZALTDI - VİDEO

Sərnişin tərəfindən döyülən avtobus sürücüsü açıqlama verdi - VİDEO

Sərnişin tərəfindən döyülən avtobus sürücüsü açıqlama verdi - VİDEO

“Benfika” hesabı ARTIRDI - YENİLƏNİB/VİDEO

“Benfika” hesabı ARTIRDI - YENİLƏNİB/VİDEO

Sabirabadda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var

Sabirabadda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var

Naxçıvanın BU ƏRAZİSİNDƏ işıq olmayacaq

Naxçıvanın BU ƏRAZİSİNDƏ işıq olmayacaq

Azərbaycan klubu baş məşqçi ilə müqaviləni UZATDI

Azərbaycan klubu baş məşqçi ilə müqaviləni UZATDI

Bu ətlərin qiymətində UCUZLAŞMA

Bu ətlərin qiymətində UCUZLAŞMA

Trampdan VƏD: “Ukrayna ciddi problemlərlə qarşı-qarşıyadır, amma mən bunu dayandıracam”

Trampdan VƏD: “Ukrayna ciddi problemlərlə qarşı-qarşıyadır, amma mən bunu dayandıracam”

Zərərli qidalardan asan yolla imtina etməyin YOLLARI - Dietoloqdan tövsiyələr

Zərərli qidalardan asan yolla imtina etməyin YOLLARI - Dietoloqdan tövsiyələr

“Barselona” “Nou Kamp”a qayıda bilmir

“Barselona” “Nou Kamp”a qayıda bilmir

Bakıda FACİƏ: 78 yaşlı qadın binadan yıxılıb öldü

Bakıda FACİƏ: 78 yaşlı qadın binadan yıxılıb öldü

Sumqayıtda yaşayış binasında yanğın oldu, 8 nəfər təxliyə edildi - VİDEO

Sumqayıtda yaşayış binasında yanğın oldu, 8 nəfər təxliyə edildi - VİDEO

“Benfika”-“Qarabağ”: Start heyətlər AÇIQLANDI

“Benfika”-“Qarabağ”: Start heyətlər AÇIQLANDI

Aİ İsrailin gömrük rüsumundan azad rejimini DAYADIRIR

Aİ İsrailin gömrük rüsumundan azad rejimini DAYADIRIR

End of content

No more pages to load

RADİO