Müğənni Zamiq Hüseynov növbəti dəfə özünü biznesdə sınamağa qərar verib.
Bizim.Media xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında tezliklə açacağı “ZH food” adlı kiçik yemək məkanının görüntülərini paylaşıb.
Qeyd edək ki, illər əvvəl Z.Hüseynovun “Torqovıy” adlanan məkanda geyim mağazası olub. Bir neçə ildən sonra isə həmin butiki bağlamaq məcburiyyətində qalıb. Hazırda isə sənətçinin Yasamal ərazisində şəxsi səsyazma studiyası mövcüddur.
Rəşad Əliyev, Bizim.Media