“İcbari tibbi sığorta çərçivəsində qarşılanan xəstəliklərə yenilərinin əlavə edilməsi məsələsinə ilk növbədə müvafiq nazirliklərdə baxılmalıdır”.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında maliyyə naziri Samir Şərifov bildirib.
“Hazırda büdcə qanunvericiliyinin təkmilləşdirilməsi üzərində iş aparılır. Bundan əlavə Büdcə Məcəlləsi hazırlanır. Büdcədənkənar fondların xərclərinin dövlət büdcəsində daha ətraflı əks etdirməsi üçün lazımi addımların atılması növbəti illər üçün nəzərdə tutulur”, - deyə nazir əlavə edib.
Murad Əhmədov, Bizim.Media