Heydər Əliyevin sevdiyi mahnının BƏSTƏKARI – “Mahnıları dillər əzbəri, özü isə tanınmır”

Çoxları onun adını eşitməyib, hətta yaradıcılığından xəbəri belə yoxdur. Lakin 100-dən çox məşhur mahnının müəllifidir.

Bəstəkar, xor dirijoru, aktyor, müğənni, tarzən, bir sözlə, mədəniyyət və incəsənət fədaisi Şahid Əbdülkərimov.

Bu gün bir çoxlarının heç adını eşitmədiyi - "Ana məhəbbəti", "Sevgilimə könül açdım", "Təki sən səslə məni", "Biləydin kaş", "Gözəlim", "Heç küsməyin yeridirmi?", "Azərbaycan", "Gecələr", "Bakı", "Hanı bəs vəfan sənin?" kimi və digər 100-dən çox məşhur mahnının müəllifi, bəstəkar Şahid Əbdülkərimovun gələn il 75 yaşı tamam olur.

Naməlum səbəblərdən uzun müddət bəstəkarın mahnıları efirlərdə səsləndiriləndə müəllif kimi onun adı çəkilməyib.

Bəstəkarın irsini yaxından araşdıran “Şəki Bələdiyyəsi” qəzetinin Baş redaktoru Murad Nəbibəyov Bizim.Media-ya bildirib ki, Şahid Əbdülkərimov həyatını bütövlükdə musiqiyə, mədəniyyətə həsr etsə də çox az təbliğ edilib:

“Şahid Əbdülkərimov 30 oktyabr 1938-ci ildə Nuxa şəhərində anadan olub. 1956-cı ildə Nuxa (Şəki) şəhərindəki mədəniyyət evi nəzdində Respublikanın əməkdar artisti Məmmədkəbir Hacıoğlunun rəhbərliyi ilə dram dərnəyində fəaliyyətə başlayıb.
Şahid 1957-ci ildə orta məktəbi bitirdikdən sonra 1959-1960-cı illərdə Bakı Mədəni Maarif Texnikumunun xor dirijorluğu şöbəsində təhsil alır. Təhsilini başa vurduqdan sonra Xırdalandakı 1 saylı qəsəbə orta məktəbində musiqi müəllimi işləməklə əmək fəaliyyətinə başlayıb. O, 1961-1966-cı illərdə M.Əliyev adına Dövlət Teatr İnstitutunun mədəni-maarif fakültəsinin axşam şöbəsində təhsil alaraq bu sahədə biliklərini daha da təkmilləşdirir. Tələbəlik illərində görkəmli bəstəkarımız Şəfiqə Axundova ilə yaradıcılıq münasibətində olublar”.

Murad Nəbibəyov deyir ki, Şahidin 100-dən artıq mahnısı var. Onun efirdə ilk səslənən mahnısı "Hanı bəs vəfan sənin" mahnısı olub:

“Həmin mahnı Ümumittifaq səsyazma fondunda, patefon valına yazılıb. İlk ifaçısı xalq artisti İslam Rzayev olub. Bir çox mahnıları AzTv-nin "Qırmızı Qərənfil" uşaq xorunun ifasında səsləndirilib. Şahid Əbdülkərimovun mahnılarını ən çox mərhum müğənnimiz Nəzakət Məmmədova ifa edib. Əfsuslar olsun ki, uzun illər onun mahnıları xalq mahnıları kimi təqdim edilirdi. Respublikanın xalq artisti Abdulla Abdullayev mərhum bəstəkarın "Təki sən səslə məni" mahnısını mərhum prezidentimiz Heydər Əliyevin çox sevdiyini, onun öz dilindən eşitdiyini qeyd edib. Şahid Əbdülkərimov bəstələdiyi mahnıların sözləri Əliağa Kürçaylı, Cabir Novruz, Ramiz Məmmədzadə, Arif Abdullazadəyə məxsus olub”.

Müsahibimiz qeyd edib ki, Şahidin özünün adı isə ilk dəfə 1974-cü ildə Azərbaycan televiziyasında səsləndirilib:

“Həmin ildə Bakı rayonlararası xalq yaradıcılığı evində "Sən nəğmələr qoş" devizi ilə mahnı müsabiqəsi keçirilir. Şahid o müsabiqədə 1-ci yer tutur. 1976-cı ildə o, Şəki şəhərinə dəvət alır və tibb işçiləri mədəniyyət evinin direktoru təyin edilir.

Burada o, "Şəfa" xalq çalğı alətləri ansamblı və rəqs kollektivi yaradır. 1988-ci ildə Abşeron rayonunda və Şəki şəhərində bəstəkarın 50 illik yubileyi qeyd edilib. 1988-ci ildən Şəki şəhərində yaşayan Şahid Əbdülkərimov, ömrünün son illərində şəhərin Qışlaq hissəsindəki məsciddə din xadimi kimi fəaliyyət göstərib”.
Şahid Əbdülkərimov 2003-cü ilin iyunun 17-də 65 yaşında vəfat edib. Unudulmaz bəstələri ilə yaddaşlarda yaşayan bəstəkarın 75-ci ildönümü onun doğulub boya-başa çatdığı Şəkidə qeyd olunması planlaşdırılır.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İdman zalı ayaq yolundan daha mikropludur

İdman zalı ayaq yolundan daha mikropludur

BMT baş katibi: “Ukraynada yaxın zamanda sülh görünmür”

BMT baş katibi: “Ukraynada yaxın zamanda sülh görünmür”

“Qarabağ” “Benfika”nı YIXDI 3:2 - Qələbə qolları - VİDEO

“Qarabağ” “Benfika”nı YIXDI 3:2 - Qələbə qolları - VİDEO

Ceyhunun avtomobili YANDI

Ceyhunun avtomobili YANDI

"Qarabağ" 3-cü qolu VURDU - VİDEO

"Qarabağ" 3-cü qolu VURDU - VİDEO

İsrail Suriyaya yeni təhlükəsizlik sazişi təklif edib – KİV

İsrail Suriyaya yeni təhlükəsizlik sazişi təklif edib – KİV

Sumqayıtda qadın qətlə yetirildi - Əri şübhəli bilinir - FOTO

Sumqayıtda qadın qətlə yetirildi - Əri şübhəli bilinir - FOTO

Trampdan Azərbaycanla bağlı növbəti PAYLAŞIM - FOTO

Trampdan Azərbaycanla bağlı növbəti PAYLAŞIM - FOTO

"Qarabağ" hesabı BƏRABƏRLƏŞDİRDİ - VİDEO

"Qarabağ" hesabı BƏRABƏRLƏŞDİRDİ - VİDEO

Onkoloq Anar Məmmədovun peşəkarlığı səhv iddiaları DOĞRU ÇIXARDI - VİDEO

Onkoloq Anar Məmmədovun peşəkarlığı səhv iddiaları DOĞRU ÇIXARDI - VİDEO

"Qarabağ" fərqi AZALTDI - VİDEO

"Qarabağ" fərqi AZALTDI - VİDEO

Sərnişin tərəfindən döyülən avtobus sürücüsü açıqlama verdi - VİDEO

Sərnişin tərəfindən döyülən avtobus sürücüsü açıqlama verdi - VİDEO

“Benfika” hesabı ARTIRDI - YENİLƏNİB/VİDEO

“Benfika” hesabı ARTIRDI - YENİLƏNİB/VİDEO

Sabirabadda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var

Sabirabadda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var

Naxçıvanın BU ƏRAZİSİNDƏ işıq olmayacaq

Naxçıvanın BU ƏRAZİSİNDƏ işıq olmayacaq

Azərbaycan klubu baş məşqçi ilə müqaviləni UZATDI

Azərbaycan klubu baş məşqçi ilə müqaviləni UZATDI

Bu ətlərin qiymətində UCUZLAŞMA

Bu ətlərin qiymətində UCUZLAŞMA

Trampdan VƏD: “Ukrayna ciddi problemlərlə qarşı-qarşıyadır, amma mən bunu dayandıracam”

Trampdan VƏD: “Ukrayna ciddi problemlərlə qarşı-qarşıyadır, amma mən bunu dayandıracam”

Zərərli qidalardan asan yolla imtina etməyin YOLLARI - Dietoloqdan tövsiyələr

Zərərli qidalardan asan yolla imtina etməyin YOLLARI - Dietoloqdan tövsiyələr

“Barselona” “Nou Kamp”a qayıda bilmir

“Barselona” “Nou Kamp”a qayıda bilmir

Bakıda FACİƏ: 78 yaşlı qadın binadan yıxılıb öldü

Bakıda FACİƏ: 78 yaşlı qadın binadan yıxılıb öldü

Sumqayıtda yaşayış binasında yanğın oldu, 8 nəfər təxliyə edildi - VİDEO

Sumqayıtda yaşayış binasında yanğın oldu, 8 nəfər təxliyə edildi - VİDEO

“Benfika”-“Qarabağ”: Start heyətlər AÇIQLANDI

“Benfika”-“Qarabağ”: Start heyətlər AÇIQLANDI

Aİ İsrailin gömrük rüsumundan azad rejimini DAYADIRIR

Aİ İsrailin gömrük rüsumundan azad rejimini DAYADIRIR

End of content

No more pages to load

RADİO