İranda rejimə qarşı aksiyalar səngimir, əksinə hər ötən gün daha da genişlənir.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, iğtişaşlar zamanı iki məşhur iranlı həbs edilib.
Bunlar məşhur aktrisalar Henqame Qaziani və Kataion Riahidir. Aktrisalar ölkənin ruhani idarəsinə qarşı etirazçılara dəstəklərini göstərərək başı açıq şəkildə ictimaiyyət qarşısına çıxdıqlarına görə saxlanılıblar.
Hazırda onlar hökumət əleyhinə fəaliyyət göstərməkdə ittiham edilirlər.
Qeyd edək ki, hər iki aktrisa çoxsaylı mükafatların laureatlarıdır.
Bizim.Media