“ABŞ-ın Cənubi Qafqazda güvənə biləcəyi tək güc Türkiyədir”- Bəs Co Bayden nə istəyir?

ABŞ prezidenti Co Bayden andiçmə mərasimindən sonra ilk dəfə olaraq, bu yaxınlarda ölkənin xarici siyasətini əks etdirən ilk böyük çıxışını edəcək.

Verilən proqnozlara görə, Bayden öz çıxışında "Amerikanın dünyadakı yerini bərpa etməyə" yönələn xarici siyasət mövqeyini nümayiş etdirəcək.

Bəs, prezidentin ilk mövqeyi dünyanın geosiyasi təsvirində özünü necə göstərəcək?

Çıxışda hansı mövzular müzakirə olunacaq? Siyasi arenada bu barədə hansı proqnozlar var?

Sulları cavablandırmaq üçün polotoloq Yeganə Hacıyevaya müraciət etdik.

O, Bizim.Media-ya açıqlamasında bildirib ki, yeni prioritetlər Tramp adminstrasiyasının mövqeyindən kəskin şəkildə fərqlənir.
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ Rusiyaya qarşı ciddi cəbhə açmaq istəyir – Co Baydenin çıxışı nə vəd edir?


“Prezident Bayden ABŞ-ın yeni adminstrasiyasının xarici siyasət ilə bağlı yeni vektorları elan etdi. ABŞ-ın yeni xarici siyasət vektorları  Çin, Rusiya, İran və Şimali Koreya  ilə qarşılıqlı əlaqələri və problemləri həllinin nəzərdə tutan vektorlardır. Bundan başqa Ağ Evin yeni sahibi Əfqanıstandakı müharibə ilə bağlı problemlərlə baglı fikirlər səsləndirib. Məhz bu problemlər haqqında prezidentlik kampaniyası dövründə  Bayden Donald Trampın xarici siyasətini kəskin tənqid edib”.

Politoloqun sözlərinə görə, Bayden ABŞ-ın dünyada əvvəlki imtiyazlı mövqeyini yenidən təmin etmək məqsədlidir.

“Bunun üçün Bayden Tramp adminstrasiyasının xarici siyasət üçün azaltdığı xərclərin yenidən aktivləşdirilməsini panlaşdırır. O, bunun üçün Trampın imzaladığı 27 fərmani ləgv etdi”.

O, ABŞ-la Rusiaya arasında gələcəkdə planlaşdırılan münasibətlərdən də danışıb:
 

“İnaqurasiyadan sonra Bayden Putinə zəng vuraraq, Rusiya ilə ABŞ arasında olan strateji hücum silahları haqda müqavilənin vaxtının 5 ilə uzadıldığını da deyib.  Bayden, sələfindən fərqli olaraq, İranla diplomatik əlaqələri bərpa etməyi planlaşdırır və ABŞ-ın İranla nüvə proqramı üzrə əməkdaşlıq sazişinə qayıdacağı proqnozlaşdırılır.


Çünki İranın nüvə proqramının məhdudlaşdırılmasına dair bağlanmış saziş regionda stabilliyi qorumaq üçün ən yaxşı alətdir. Əks halda, elə bir vəziyyət yaranacaq ki, bölgədəki Səudiyyə Ərəbistanı, Türkiyə, Misir və digər ölkələr də nüvə silahına malik olmağa çalışacaqlar”.

Politoloq ABŞ-ın Yaxın Şərq siyasəti iqtisadi və təhlükəsizlik, milli və qlobal maraqları üzərindən qurulduğunu vurğulayıb.
 

“Yaxın Şərq regionu və bu regionda baş verənlər ABŞ üçün böyük əhəmiyyət kəsb edir. Yaxın Şərq ABŞ üçün həm də milli təhlükəsizliyinə təhlükə yaradan terror qruplarının fəaliyyət göstərdiyi bir mərkəz kimidir.


Eyni zamanda bu bölgə  ABŞ üçün NATO-ya bitişik, alyans üzvlərinin asılı olduğu enerji resurslarının ən vacib mənbəyi olan, mühüm coğrafi-strateji qeyri-Avropa regionudur. ABŞ-ın Yaxın Şərqdəki  xarici siyasətinin  mühüm elementi ABŞ-ın əsas strateji tərəfdaşı və müttəfiqi-İsrail dövləti və onun təhlükəsizliyidir. Məhz bu məqam ABŞ-ın daxili siyasətinə təsir edə bilən, daxildə siyasi institutları hərəkətə gətirə bilən bir məqamdır".

Yeganə Hacıyeva bildirib ki, hazırda çoxunun verdiyi proqnozların əksinə ABŞ Türkiyə ilə münasibətlərini normallaşdırmağa çalışacaq:
 

“Türkiyənin ABŞ-la münasibətlərində zaman-zaman pisləşməsi olsa da onun ən normal əlaqəsinin Türkiyə ilə olacağı planlaşdırılır. Çünki onun yeni siyasətində Mərkəzi Asiya və Cənubi Qafqaz maraqlarının qorunmasında güvənə biləcəyi tək güc Türkiyədir. 


Xüsusi ilə Baydenin təqdimatında Əfqanıstanla bağlı fikirlərə əsasən Mərkəzi Asiyada bu iki dövlətin daha da yaxınlaşacağını qeyd etmək olar. ABŞ-ın xarici siyasətdə münasibətlərinin ən kəskinləşəcəyi dövlət Çindir. Bu vəziyyətdə ənənəvi əsaslardan başqa  həm də texnoloji qiqantların qlobal rəqabət faktoru da rol oynayacaq”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kimi Antonelli "Formula-1"də ardıcıl üçüncü qələbəsini qazandı

Kimi Antonelli "Formula-1"də ardıcıl üçüncü qələbəsini qazandı

Əraqçi: ABŞ 14 maddəlik plana cavab verib

Əraqçi: ABŞ 14 maddəlik plana cavab verib

Toyundan paylaşım etdi - FOTO

Toyundan paylaşım etdi - FOTO

Makron İrəvanın mərkəzini gəzdi - VİDEO

Makron İrəvanın mərkəzini gəzdi - VİDEO

Şakiranın konsertinə rekord sayda tamaşaçı gəldi - VİDEO

Şakiranın konsertinə rekord sayda tamaşaçı gəldi - VİDEO

Bir çox məşhurun sevimli yaşıl kokteyli

Bir çox məşhurun sevimli yaşıl kokteyli

Könül Kərimova nəvəsi ilə - FOTO

Könül Kərimova nəvəsi ilə - FOTO

Türkiyədə təhsil alan azərbaycanlı faciəli şəkildə HƏLAK OLDU

Türkiyədə təhsil alan azərbaycanlı faciəli şəkildə HƏLAK OLDU

Türkiyədə güclü fırtına: Ölən və yaralananlar var - FOTO

Türkiyədə güclü fırtına: Ölən və yaralananlar var - FOTO

Lənkəranda çay evində dava qanla bitdi

Lənkəranda çay evində dava qanla bitdi

İraq Prezidenti Ümumdünya Şəhərsalma Forumuna dəvət olundu

İraq Prezidenti Ümumdünya Şəhərsalma Forumuna dəvət olundu

Tramp İranın yeni təklifini rədd etdi

Tramp İranın yeni təklifini rədd etdi

Fərid Qayıbov Serbiyanın idman naziri ilə görüşdü - FOTO

Fərid Qayıbov Serbiyanın idman naziri ilə görüşdü - FOTO

İçərişəhərdə qala divarının aşınan hissəsi bərpa edildi - VİDEO

İçərişəhərdə qala divarının aşınan hissəsi bərpa edildi - VİDEO

Kreditlərin faizləri artıb? - VİDEO

Kreditlərin faizləri artıb? - VİDEO

"15 ildir bina tikilib, amma bizə sənəd verilmir" - Sakinlərdən ŞİKAYƏT - VİDEO

"15 ildir bina tikilib, amma bizə sənəd verilmir" - Sakinlərdən ŞİKAYƏT - VİDEO

Mingəçevirdə qəza: Xəsarət alan var

Mingəçevirdə qəza: Xəsarət alan var

Amerikalı nazirdən açıqlama: "İran tezliklə neft quyularını bağlaya bilər"

Amerikalı nazirdən açıqlama: "İran tezliklə neft quyularını bağlaya bilər"

Makron Bricitin niyə Ermənistana gəlmədiyini açıqladı - VİDEO

Makron Bricitin niyə Ermənistana gəlmədiyini açıqladı - VİDEO

Bir e-mail dünyanı necə dəyişdi? - "Bitcoin"in arxasındakı ideya

Bir e-mail dünyanı necə dəyişdi? - "Bitcoin"in arxasındakı ideya

Azərbaycanlı boksçu Kalininqradda qələbə qazandı

Azərbaycanlı boksçu Kalininqradda qələbə qazandı

Makron Ermənistana gəldi - FOTO

Makron Ermənistana gəldi - FOTO

Lerikdə 21 yaşlı gənci ildırım vurub öldürdü

Lerikdə 21 yaşlı gənci ildırım vurub öldürdü

Sumqayıtda fəhlə iş zamanı ÖLDÜ

Sumqayıtda fəhlə iş zamanı ÖLDÜ

End of content

No more pages to load

RADİO