Şəhriyar Əbilov AĞLADI: “Arzum bu dünyadan oğlumun çiyinlərində köçməkdir” - VİDEO

“Valideyinlərim mənə heç zaman inanmayıblar. Konservant insan olublar. Onlar mənim hüquqşunas olmağımı istəyirdilər. Onların təqidi ilə hüquqşunaslığı oxudum. Universitetə girdim, diplomum oldu. Birinci kursda ürəyim partlayırdı. Universitetdən qaçıb, gedirdim Malokan bağında yerləşən İncəsənət və Mədəniyyət universitetinin filialına. Mərhum rejissor Şahiz Zəkizadə ilə bir sinifdə otururdum.

İkinci təhsil almaq üçün ikinci dəfə imtahanlarına hazırlaşdım. Dedilər ki, ikinci təhsil pulludur. Mən də kasıb uşaq. Avtobusa minmək üçün güclə pul tapırdım.

Ondan-bundan borca pul alırdım. Çox çətin zamanlar idi. Evimizdə maddi vəziyyət çox   pis idi. İşləyib ailəmə pul gətirirdim. 16 yaşımda sinif yoldaşlarım məni tanımasın deyə, üzümü gizlədərək, vağzalda araba daşıyırdım. Ailə üzvlərimə kömək etmək lazım idi. O zamanlar isə atamın kiçik biznesi də çökmüşdü. Anlayırdım ki, bir fərdə çevrilmişəm. Oturub yeyənlərdən olmamalıyam, evə kömək etməliyəm. Bu missiyamı da həyata keçirirdim”. 

Bizim.Media xəbər verir ki, bu sözləri aparıcı və aktyor Şəhriyar Əbilov qonaq olduğu “Sözbaz” maqazin verilişində deyib. 

Televiziya ulduzu məşhur olmaq üçün keçdiyi çətin yollardan söz açaraq, göz yaşı axıdıb: 

“Çox yaxın tanışlarımızın köməyi ilə neft sənayəsinə işə düzəldim. Ali savadım və diplomum olduğuna görə, orada üçüncü dərəcəli “operator” vəzifəsinə işə qəbul oldum. 2000-ci illərdə həftədə yeddi gün dənizin ortasında “Günəşli yataqları”nda olurdum. Dörd il neftçi işləmişəm.

Sonra sahildə mühafizəçi işlədim və daha sonra mühafizəçilərin rəhbəri oldum. İllər keçdi, musiqi dükanında işlədim. O ərəfələrdə “Qəfəs” realiti-şousu başladı. O şouya 2000-dən çox insan gəlmişdi. Mən o qədər insanın arasında seçilib “Qəfəs”ə vəsiqə qazandım. 15 nəfər iştirakçıdan biri oldum.
Anam dedi ki, sənə heç kim səs verməyəcək. Dostun, tanışın özün kimi kasıb insanlardı. Dedim ki, mən qalib olacağıma inanıram. İşlərimi bir kənara atıb “Qəfəs”ə getdim. Dörd ay hər gün efirdə məni göstərirdilər. Hər həftənin sonu duelə çıxırdım və qalib gəlirdim. Finala qədər gəldim. Üç nəfərdən biri oldum. Kasıb bir insanın tanınmış olması çox çətin bir məsələdir. Fariz Əliyev adında bir ssenarist mənə ssenarilər yazib, verirdi ki, get bu layihələrlə sponsorlarla danış. Alınsa, efirə çıx. Amma alınmırdı. Bütün qapılar sanki üzümə bağlı idi. Hətta bir gün əlimdə o ssenari ilə oturub hönkür-hönkür ağladım. Dedim ki, axı nə zaman alınacaq. Həddindən artıq bu işi istəyirdim. İstəyirdim ki, istədiyim işi görüm. 34 yaşında televiziya aparıcısı oldun. Birdən-birə ATV-də səhər verilişində aparıcılıq etməyə başladım”. 

Həmkarı, keçmiş həyat yoldaşı Oksana Rəsulovanın dünyaya gətirdiyi oğlu Osmandan söz açan Ş.Əbilov onunla bağlı duyğularını bu sözlərlə ifadə edib: 

“Artıq Şəhriyar bir atadır. Oğlum Osmanla oxşar cəhətlərimiz çoxdur. Ata məsuliyyəti nədirsə, onu ömrümün sonuna kimi daşıyacağam. Atamı çox istəyirəm. Amma onunla heç zaman dost olmamışam.
O dövrün kişiləri konservant olub. Aramızda sərhədlər olub. Amma mən anlayıram ki, oğlumla dost olmalıyam. Hər bir sirrini mənə danışmalıdır. Çünki indi təhlükə daha çoxdur. Onu sıxmayacağam. İstədiyi yöndə getsin. Həyatda məni xoşbəxt edən iki insan var: anam və oğlum Osman. Yaşama səbəbim, gələcəyim Osmandır. Ən böyük arzum sənin çiyinlərində bu dünyadan köçməkdir”. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qaraçı qızı canlandıracaq

Qaraçı qızı canlandıracaq

Avropada reaktiv yanacağın qiyməti rekord həddə çatıb

Avropada reaktiv yanacağın qiyməti rekord həddə çatıb

İranın Hörmüz boğazından keçid üçün rüsum tətbiqi ideyası 40-dan çox ölkə tərəfindən rədd edildi

İranın Hörmüz boğazından keçid üçün rüsum tətbiqi ideyası 40-dan çox ölkə tərəfindən rədd edildi

"Marsel"də maaş xərcləri klub tarixinin rekord səviyyəsinə ÇATDI

"Marsel"də maaş xərcləri klub tarixinin rekord səviyyəsinə ÇATDI

Azərbaycanın “Avroviziya”dakı səhnəyə çıxış sırası AÇIQLANDI

Azərbaycanın “Avroviziya”dakı səhnəyə çıxış sırası AÇIQLANDI

Aprelin bu günlərində dəfnə yarpağı yandırın: Həyatınız görün necə dəyişəcək

Aprelin bu günlərində dəfnə yarpağı yandırın: Həyatınız görün necə dəyişəcək

"Valideyn oğlu evlənəndə qızın musiqi zövqünü yoxlamalıdır"

"Valideyn oğlu evlənəndə qızın musiqi zövqünü yoxlamalıdır"

Qızıl mağazasına müştəri kimi girib üzük oğurladı - VİDEO

Qızıl mağazasına müştəri kimi girib üzük oğurladı - VİDEO

Buffon da istefa verdi

Buffon da istefa verdi

Gəncədə 41 yaşlı kişiyə kəsici alətlə xəsarət yetirildi

Gəncədə 41 yaşlı kişiyə kəsici alətlə xəsarət yetirildi

"Euronews": Regiondakı hadisələr fonunda Azərbaycan-Aİ tərəfdaşlığı möhkəmlənir - FOTO

"Euronews": Regiondakı hadisələr fonunda Azərbaycan-Aİ tərəfdaşlığı möhkəmlənir - FOTO

SEPAH daha bir ABŞ təyyarəsini vurdu – ANBAAN VİDEO

SEPAH daha bir ABŞ təyyarəsini vurdu – ANBAAN VİDEO

Londonda evini rekord qiymətə satdı

Londonda evini rekord qiymətə satdı

Gürcüstanda öldürülən 20 yaşlı Ümid 1 həftə əvvəl evlənibmiş – FOTO

Gürcüstanda öldürülən 20 yaşlı Ümid 1 həftə əvvəl evlənibmiş – FOTO

Cevdet Yılmaz ad gününü Bakıda qeyd etdi – FOTO/VİDEO

Cevdet Yılmaz ad gününü Bakıda qeyd etdi – FOTO/VİDEO

"Çocuklar Duymasın"ın Eminesinin son halı təəccübləndirdi - FOTO

"Çocuklar Duymasın"ın Eminesinin son halı təəccübləndirdi - FOTO

Ermənistanda poliqonda PARTLAYIŞ: Ölən var

Ermənistanda poliqonda PARTLAYIŞ: Ölən var

Xərclənən pullar hara gedir? - İndi də Bakı-Qazax yolu – VİDEO

Xərclənən pullar hara gedir? - İndi də Bakı-Qazax yolu – VİDEO

Toy etmək üçün restoranlarda yer tapılmır

Toy etmək üçün restoranlarda yer tapılmır

NASA 50 il sonra ilk dəfə Aya insanlı missiyanı həyata keçirib

NASA 50 il sonra ilk dəfə Aya insanlı missiyanı həyata keçirib

SON DƏQİQƏ! Türkiyədə ZƏLZƏLƏ oldu

SON DƏQİQƏ! Türkiyədə ZƏLZƏLƏ oldu

Quterreşdən ÇAĞIRIŞ: “Müharibənin astanasındayıq”

Quterreşdən ÇAĞIRIŞ: “Müharibənin astanasındayıq”

Evinizdə bu əşyalar varsa, dərhal ATIN - Ailədə davaya səbəb OLUR

Evinizdə bu əşyalar varsa, dərhal ATIN - Ailədə davaya səbəb OLUR

Türkiyənin DÇ-dəki oyununun vaxtı dəyişdirildi

Türkiyənin DÇ-dəki oyununun vaxtı dəyişdirildi

End of content

No more pages to load

RADİO