Ağdam şəhərində rayonun işğaldan azad olunmasının iki illik ildönümünə həsr olunmuş təntənəli tədbir keçirilib.
Bizim.Media xəbər verir ki, tədbirdə Xüsusi Nümayəndəlik, ərazidə fəaliyyət göstərən dövlət orqanları, şəhid ailələri, iştirak edib.
Ağdam Konfrans Mərkəzində təşkil edilən mərasim ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi, ardınca 1 dəqiqəlik sükutla Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi dərin ehtiramla yad edilməsi ilə start götürüb.
Daha sonra rayon ictimaiyyətinin nümayəndələri tərəfindən Prezident İlham Əliyevə Ağdam rayonunun işğal olunması münasibətilə ünvanlanan təşəkkür məktubu səsləndirilib.
Rəsmi hissəsinin ardınca, tanınmış və görkəmli incəsənət xadimlərinin iştirakı ilə konsert prorqramı təşkil olunub.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu