Gələn ay ana olacaq müğənni Sevda Yahyayeva paylaşımı ilə adından söz etdirib.
Bizim.Media xəbər verir ki, hamiləliyinin son həftələrini yaşayan sənətçi yerdə oturaraq, idman edərkən çəkilən fotosunu izləyiciləri ilə bölüşüb.
Sevda paylaşdığı fotoya "Son bir ay. Az qaldı, mənim körpəm" şərhini yazıb.
Qeyd edək ki, S.Yahyayeva dekabr ayında dünyaya gələcəyi qızına Ayla adını verəcəyini açıqlayıb. Müğənni ilə Zakir Bayramov ötən il ailə qurub. Zakir özəl klinikaların birində genetik-laborant olaraq çalışır.
Rəşad Əliyev, Bizim.Media