Ermənistan Baş naziri Nikol Paşinyan Tunisdə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşüb.
Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, görüş Frankofoniya Sammiti çərçivəsində baş tutub.
Danışıqlar zamanı Azərbaycan-Ermənistan nizamlanması müzakirə edilib, Paşinyan Aİ rəhbərinə Prezident İlham Əliyevlə keçirilən görüşlərin təfərrüatları barədə məlumat verib.
Bizim.Media