İranda etiraz aksiyaları hər ötən gün daha da genişlənir.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, artıq aksiyalar dövlət məmurlarının ölümü ilə müşaiyət olunur.
Belə ki, İranın Kirmanşah əyalətində aksiya iştirakçıları SEPAH-ın təhlükəsizlik idarəsinin rəisi, polkovnik Nadir Bayramini qətlə yetiriblər. Hadisə adıçəkilən əyalətinin Səhnə şəhərində baş verib.
Onun soyuq silahla öldürüldüyü bildirilir. Qeyd edək ki, qətli törədən şəxslərin həbs edildiyi bildirilir.
Bizim.Media