Azərbaycanda corab istehsalı fabrikinin yaradılması üçün 500 min manat güzəştli kredit ayrılıb.
Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov şəxsi "Twitter" hesabında məlumat verib.
“İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu Azərbaycanda yerli istehsala dəstək tədbirləri çərçivəsində "Azər Corab" MMC-yə corab istehsalı fabrikinin yaradılması üçün 500 min manat güzəştli kredit ayırıb”,-deyə nazir qeyd edib.
M.Cabbarov bildirib ki, layihənin icrası nəticəsində 40 yeni iş yerinin yaradılması nəzərdə tutulub.
Bizim.Media