Dünyaca məşhur aşpaz Nüsret Gökçenin dəbdəbəli restoranında rekord məbləğdə yemək yeyilib.
Bizim.Media xəbər verir ki, 39 yaşlı milyonçu aşpaz səkkiz il əvvəl Dubayda açdığı lüks “NusrEt” restoranında şam yeməyinə xərclənən rekord məbləğdə hesabın fotosunu sosial şəbəkə hesabında paylaşıb.
Bahalı təamlarla yanaşı, içkilər də içilən şam yeməyinə nə az, nə çox, düz 615065 dirhəm (təxminən 284,652 manat) pul xərclənilib. Hesabın şəklini izləyiciləri ilə bölüşən N.Gökçe “Keyfiyyət heç vaxt baha deyil” şərhini yazıb.
Qeyd edək ki, Nüsret Gökçenin bir çox ölkələrdə “NusrEt” adlı restoran şəbəkəsi var.
Rəşad Əliyev, Bizim.Media