İranın cənubunda 5,3 bal gücündə zəlzələ baş verib.
Bizim.Media İran KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri təxminən 352 min nəfər əhalisi olan Bəndər Abbas şəhərindən 115 km cənub-şərqdə yerləşib.
Mənbə 10 km dərinlikdə olub.
Həlak olanlar və dağıntılar barədə məlumat verilməyib.
Bizim.Media