“Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatı davam edəcək”.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib.
O bildirib ki, Rusiya hava və iqlim şəraitindən asılı olmayaraq, məqsədlərinə çatanadək əməliyyatı davam etdirəcək.
D.Peskovun sözlərinə görə, Rusiyanın “taxıl sazişi” ilə bağlı narahatlığı nəzərə alınıb: “BMT Rusiyadan ərzaq və gübrə ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılacağına söz verib”.
Bizim.Media