İranda keçirilən etiraz aksiyalarında hökumət qüvvələri tərəfindən öldürülən İbrahim Kitabdarın anası Xanım Kitabdar Azərbaycan xalqına səslənib.
Bizim.Media "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, o bu barədə videomüraciətində bildirib.
“Salam verirəm İrana, Azərbaycana, Təbrizə... Oğlumu güllə ilə ürəyindən vurublar. Mən yaralıyam. Yetişin mənim fəryadıma. Nə bu ağrını necə çəkim?” – deyə Kitabdar qeyd edib.
Xatırladaq ki, İranda 22 yaşlı Məhsa Əmininin hicab bəhanəsi ilə “Əxlaq” polisi tərəfindən öldürülməsi səbəbilə 2 aydan çoxdur ki, etiraz aksiyaları keçirilir. Nümayişlərdə 350 nəfərdən çox insan hökumət qüvvələri tərəfindən öldürülüb, 16 minə yaxın insan həbs olunub.
Bizim.Media