Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda magistral neft kəmərləri ilə 31 003 min ton neft nəql edilib ki, bu da 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 6,6% çoxdur.
Dövlət Statistika Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, nəqletmənin 78,8%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib, hesabat dövründə kəmər vasitəsilə 24 428,1 min ton neft ötürülüb (2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 12,2% çox).
Məlumata görə, hesabat dövrü ərzində BTC kəməri ilə 4 131,1 min ton tranzit nefti də (illik müqayisədə 46,8% çoxdur) nəql edilib.
Bizim.Media