Mərhum amerikalı ifaçı Elvis Presli yenidən gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, müğənninin malikanəsi 5 milyon 650 min dollara (9 milyon 605 AZN) satılıb. Sözügedən villa Kaliforniyada yerləşir.
O, həyat yoldaşı Prissilla ilə bal ayını burada keçirib.
Malikanə 1960-cı ildə tikilib. Bir neçə otaqdan və geniş hovuzdan ibarət mülk təmir olunduqdan sonra satışa çıxarılıb.
Preslinin malikanəsini iş adamlarından birinin aldığı bildirilib.
Bizim.Media