İlham Əliyev məmurları tənqid etdi: "Bu, özbaşınalıqdır" - VİDEO

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışında iştirakı çərçivəsində Azərbaycan Televiziyasına (AzTV) müsahibə verib.

Bizim.Media xəbər verir ki, AzTV-yə müsahibəsində "Cənab Prezident, mətbuatda gedən bir məlumatda deyilir ki, Mərkəzi Bankın sədri Şuşada təmsil etdiyi qurumun nümayəndəliyinin açılacağını bildirib və bu məsələyə münasibətinizi öyrənmək istəyərdik" sualına cavabında Prezident İlham Əliyev deyib:

 

MÖVZU İLƏ BAĞLI:

Prezidentlə xanımı sosial obyektlərin və meşə tipli parkın açılışında oldular - FOTOLAR



"Mənim münasibətim buna mənfidir. Özü də mən deyim nəyə görə. Birincisi, bu, özbaşınalıqdır. Belə açıqlama veriləndə mütləq rəhbərliklə gərək məsləhətləşmə aparılsın. Azad edilmiş torpaqların bərpası ilə bağlı mənim tərəfimdən bir çox önəmli qərarlar qəbul edilib, qərargah yaradılıb.
 

Qərargaha Prezident Administrasiyasının rəhbəri rəhbərlik edir. Mən demişdim ki, bütün təkliflər, bütün təşəbbüslər oraya göndərilməlidir.


Çünki biz kim necə istəyir o torpaqları, əraziləri bərpa edə bilmərik. Biri filial açmaq istəyir, biri nə bilim başqa qurum açmaq istəyir. Bu, yolverilməzdir və qəbuledilməzdir. Ona görə burada subardinasiya olmalıdır. Ucuz populyarlıq qazanmaq üçün, yaxud da ki, özü üçün hansısa bir ofis, yeni ofis yaratmaq üçün belə açıqlamaların verilməsi tamamilə qəbuledilməzdir və buna son qoyulmalıdır.

İkincisi, biz bütün işləri ardıcıllıqla edirik və mən bu ardıcıllıq haqqında dəfələrlə demişəm Azərbaycan xalqına hansı işləri biz görəcəyik ki, insanlar da bilsinlər. İlk növbədə, keçmiş köçkünlər, nə vaxt onlar qayıda bilərlər o torpaqlara. Birinci, minalardan təmizləmə. Bu, böyük bir prosesdir. Ermənilər bizə mina xəritələrini, mina sahələrinin xəritələrini vermirlər. Ona görə indi partlayışlar da tez-tez olur.
 

Biz indi Minatəmizləmə Agentliyini yenidən formalaşdırırıq və onun fəaliyyəti daha səmərəli olacaq. Ancaq bu, müəyyən vaxt aparacaq. Mina təmizləməklə əlaqədar işlər əlbəttə ki, başa çatmalıdır.



Ondan sonra ziyanın qiymətləndirilməsi. Biz əgər ziyanın qiymətləndirməsini etməsək, sabah biz təzminat davasında da uğur qazana bilmərik. Ona görə ki, ilk növbədə, yerli qurumlar bütün dağılmış evlərin pasportlaşdırılması aparılmalıdır, video, foto çəkilişlər, dron çəkilişləri, protokollaşma – hər bir binanın, hər kənddə yerləşən binanın, hər şəhərdə yerləşən binanın öz pasportu olmalıdır. Bunu, bu məlumatı biz verəcəyik cəlb edilmiş beynəlxalq şirkətlərə, onlar özləri tədqiqat aparacaqlar, özləri monitorinq missiyaları həyata keçirəcəklər və onlar bizə Ermənistana qarşı açılacaq təzminat davasında kömək göstərəcəklər.

Yəni, bu ardıcıllıq budur. Bu işlər görüləndən sonra infrastruktur layihələri icra edilməlidir. Axı infrastruktur olmasa, orada insan necə yaşayacaq? Su yox, işıq yox, yol yox, yoxdur, necə yaşaya bilər? Ondan sonra evlər tikilməlidir. Mən artıq göstəriş vermişəm, artıq bizim qurumlar işləyirlər bütün şəhərlərin baş planları hazırlanır, özü də elə-belə yox. “Ağıllı şəhər” konsepsiyası, “ağıllı kənd” konsepsiyası. Bu, zaman tələb edir. Eyni zamanda, hər şey planlı şəkildə olmalıdır.

 

Yoxsa biri oradan duracaq deyəcək ki, mən burada bunu tikəcəyəm, biri oradan duracaq ki, mən bunu. Kimsən sən? Sən get öz işinlə məşğul ol. Yenə də deyirəm, ucuz populyarlıq dalınca qaçanların axırı pis olur, bir. İkincisi, qayda-qanun var ölkədə. Heç kim özbaşınalıq edə bilməz. Əgər kimsə unudur, biz onun yadına salarıq.


Təkcə bu işlərlə, əlbəttə ki, məsələ bitməyəcək. Sosial obyektlər də tikilməlidir. Evlərin tikintisi ilə paralel olaraq sosial obyektlər – xəstəxanalar, məktəblər, mədəniyyət ocaqları, idman qurğuları. Yoxsa əgər biz indi gedib haradasa, necə deyərlər, məktəb tiksək, ya xəstəxana tiksək, amma kim oraya gedəcək. Orada adam yoxdur.

Şuşa şəhərinə gəldikdə, Şuşa şəhəri mənim tərəfimdən ölkəmizin mədəniyyət paytaxtı elan edilib. Bunu hər kəs bilir və bu qərar yüksək qiymətləndirilib. Şuşa nəinki Azərbaycanın, bölgənin, bəlkə də dünyanın mədəniyyət paytaxtlarından birinə çevriləcəkdir. Şuşada çox zəngin mədəni həyat olmalıdır. Şuşada yaşayacaq bizim soydaşlarımız da, onlar bütün işlər görüləndən sonra oraya qayıtmalıdırlar. Şuşa demək olar ki dağılıb, bütün binalar dağılıb. Bir keçmiş raykom binası qalıb, harada ki, mənfur xunta özü üçün yuva salmışdır, bir də xunta başçısının villası və bir-iki də cinayətkar, rüşvətxor erməni məmurunun villası. Başqa orada bina yoxdur. Bir də “xruşşovkalar”, hansılar ki, çoxdan öz ömrünü bitiriblər, orada da 2 min erməni yaşayırdı.
 

İndi Mərkəzi Bank insanlara xidmət göstərib ki, orada filial açsın? Kimin üçün filial açacaq? Özü üçün ki, gedib orada otursun, yaxud da ki, gedəndə bunun bir iqamətgahı olsun, şəraiti olsun, oraya pullar xərclənsin və insanların buna hansı xeyri dəyəcək?


Heç bir. Təkcə bu, deyil. Digər qurumlar da, indi mənə müraciət etmişlər. Onların hər halda ağlı çatıb mənə müraciət etməyə və mən onlara dedim ki, gedin oturun yerinizdə. Onları da mən deyə bilərəm, sadalaya bilərəm, qoy Azərbaycan vətəndaşları bilsinlər.
 

Azəravtoyol, onun rəhbəri mənə müraciət edib ki, icazə verin, Şuşada Azərbaycan Azəravtoyol qurumunun regional mərkəzini açaq. Nə üçün? Yol çəkmək lazımdır, get, yol çək.

Özü öz hesabına heç kim yol çəkmir, dövlət büdcə ayırır. Şuşada Azəravtoyolun regional mərkəzinin nə işi var? Belə də özü üçün şərait yaratsın, getsin o torpağı zəbt etsin, özü üçün iqamətgah tikdirsin, onu hasara alsın, bir qarovulçu qoysun və bəli, oraya gedəndə otursun orada belə təbiəti, necə deyərlər, seyr etsin.
 

AZAL, onun da rəhbəri mənə müraciət etmişdir ki, AZAL-ın hansısa qurumunu Şuşada yaratmaq istəyirlər.


Bu, prinsipcə absurddur. Ona da lazımi sözləri demişəm ki, get otur yerində. Ondan sonra,

 

Dövlət Gömrük Komitəsi Şuşada Qarabağ Regional Mərkəzinin yaradılması ilə bağlı müraciət edib. Şuşada sərhəd var ki, gömrüyün regional mərkəzi olsun?


Bilirsiniz, belə ziyanlı fikirlər bu adamların beyninə gəlir və onlar da bunu tələffüz edirlər. Siyahı davam edir hələ.
 

Fövqəladə Hallar Nazirliyi, mənə nazir müraciət edib, icazə verin, orada biz Fövqəladə Hallar Nazirliyinin Qarabağ regional mərkəzini yaradaq, Şuşa şəhərində.


Yenə də eyni məqsədlə, yenə də torpaq, hələ ki, orada indi heç kim yoxdur, yenə də hasar, yenə də nə bilim tikanlı məftil, iqamətgah.
 

Dövlət Sərhəd Xidməti. Bu təklifi indi desəm yəqin ki, mənim kimi indi Azərbaycan xalqı da güləcək. Mənə zəng edib deyir xidmətin rəisi ki, icazə verin biz sərhəd xidmətini Şuşa zastavasında yaradaq. Dedim ki, a kişi Şuşada sərhəd var? De də mənə Şuşada sərhəd var, yoxsa yox? Deyir yoxdur.


Deyirəm bəs nə zastava yaradırsan? O boyda indi bizim sərhədimiz yaranıb, ta şimaldan cənuba qədər, Kəlbəcərdən Cəbrayıla qədər, Ermənistanla sərhəd. Cəbrayıl rayonunda İranla sərhəd, get orada yarat da. Şuşada nə işin var sənin?! Yenə də gəlim, oturum, yerləşim, iqamətgah qurum, hamısı da dövlət hesabına, hamısı dövlət hesabına. Burada mənim burada bir rezidensiyam olsun. Mən bəzən bu şeyləri demirəm vətəndaşlara ki, o vətəndaşları iyrəndirməyim, bağışlayın sözümə görə, ifadəmə görə.

Amma da mənim də artıq səbrim tükənir və deyirəm ki, vətəndaşlar da bilsinlər, bu məmurlar da bilsinlər.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zamiq birinci sinfə başlayan oğlundan YAZDI: “Atan hər zaman arxanda dayanır” - VİDEO

Zamiq birinci sinfə başlayan oğlundan YAZDI: “Atan hər zaman arxanda dayanır” - VİDEO

Qaraxanbəyli kəndi belə olacaq - Fotolar

Qaraxanbəyli kəndi belə olacaq - Fotolar

15 yaşlı Ouen Kuper “Emmi” mükafatının ən gənc qalibi oldu – VİDEO

15 yaşlı Ouen Kuper “Emmi” mükafatının ən gənc qalibi oldu – VİDEO

Paşinyan: “Qoy bizi bu gün xəyanətkar adlandırsınlar”

Paşinyan: “Qoy bizi bu gün xəyanətkar adlandırsınlar”

7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilən sabiq direktor ölkəni 2 dəfə tərk edib

7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilən sabiq direktor ölkəni 2 dəfə tərk edib

Bu şəxslərin müalicəsi tibbi sığorta hesabına QARŞILANACAQ – YENİLİK

Bu şəxslərin müalicəsi tibbi sığorta hesabına QARŞILANACAQ – YENİLİK

Fransada yaşayan Məhəmməd Mirzəliyə hökm oxundu

Fransada yaşayan Məhəmməd Mirzəliyə hökm oxundu

Xankəndidə polisi yaralayan Karen “ASALA”nın düşərgəsində hərbi təlim keçib – TƏFƏRRÜAT - VİDEO

Xankəndidə polisi yaralayan Karen “ASALA”nın düşərgəsində hərbi təlim keçib – TƏFƏRRÜAT - VİDEO

5 BÜRC üçün artıq heç nə əvvəlki kimi olmayacaq - çiçəklənmə dövrü başladı

5 BÜRC üçün artıq heç nə əvvəlki kimi olmayacaq - çiçəklənmə dövrü başladı

Dönər yediyi məkanı bağlatdırdı - FOTO

Dönər yediyi məkanı bağlatdırdı - FOTO

Ermənistanda pasport möhürlərində Ağrı dağının təsvirindən imtinanın səbəbi AÇIQLANDI

Ermənistanda pasport möhürlərində Ağrı dağının təsvirindən imtinanın səbəbi AÇIQLANDI

33 il sonra Kəlbəcərdə İLK ZƏNG çalındı - FOTO

33 il sonra Kəlbəcərdə İLK ZƏNG çalındı - FOTO

Prezident Badara kəndində sakinlərlə görüşdü – FOTO

Prezident Badara kəndində sakinlərlə görüşdü – FOTO

Qarabağda yeni dönəm BAŞLAYIR

Qarabağda yeni dönəm BAŞLAYIR

Qafqaz İslam Ordusunun Bakıya gəlişi tariximizdə xüsusi əhəmiyyət daşıyan hadisələrdən biridir

Qafqaz İslam Ordusunun Bakıya gəlişi tariximizdə xüsusi əhəmiyyət daşıyan hadisələrdən biridir

Sabirabadda tükürpədən qətl: Söyüşə görə başını kəsib bədənindən ayırdı

Sabirabadda tükürpədən qətl: Söyüşə görə başını kəsib bədənindən ayırdı

AZAL turizm gününə özəl endirim kampaniyası elan edir

AZAL turizm gününə özəl endirim kampaniyası elan edir

Bilik Günündə ikiqat BAYRAM – Cibir kəndində müasir məktəb AÇILDI – VİDEO

Bilik Günündə ikiqat BAYRAM – Cibir kəndində müasir məktəb AÇILDI – VİDEO

İlham Əliyev: “Nikaraqua ilə əlaqələrin inkişafına böyük əhəmiyyət veririk”

İlham Əliyev: “Nikaraqua ilə əlaqələrin inkişafına böyük əhəmiyyət veririk”

İlham Əliyev Xocalı rayonunun Daşbulaq kəndində - FOTO

İlham Əliyev Xocalı rayonunun Daşbulaq kəndində - FOTO

Qurban Qurbanov: “Hazırlıq istədiyimiz səviyyədə keçmədi”

Qurban Qurbanov: “Hazırlıq istədiyimiz səviyyədə keçmədi”

Türk əsilli şəxs Almaniyanın əks-kəşfiyyatına rəhbərlik edəcək

Türk əsilli şəxs Almaniyanın əks-kəşfiyyatına rəhbərlik edəcək

67 nömrəli məktəbdə ÜZÜCÜ ANLAR – Direktoru Bilik Günündə göz yaşları ilə yola saldılar – FOTO

67 nömrəli məktəbdə ÜZÜCÜ ANLAR – Direktoru Bilik Günündə göz yaşları ilə yola saldılar – FOTO

Prezident Xocalı rayonunun Badara kəndində - FOTO

Prezident Xocalı rayonunun Badara kəndində - FOTO

End of content

No more pages to load

RADİO