Əməkdar artist Nüşabə Ələsgərli hazırda paytaxt klinikaların birində əməliyyat olunur.
Bizim.Media xəbər verir ki, bu haqda “Bizimləsən” ictimai-sosial verilişinin heyəti əməliyyatxanadan canlı videobağlantı edib.
Proqramın aparıcısı Zaur Baxşəliyev bildirib ki, o, daha əvvəl Nuşabənin gözlərini əməliyyat etdirəcəyinə söz verib və bu gün sözünü tutub.
Ələsgərli Baxşəliyevə bu addımına görə təşəkkürünü bildirib. O, Zaurdan onun həyat yoldaşı, fitnes məşqçi Rzanın da gözlərinin əməliyyat olmasında yardımçı olmasını xahiş edib. Aparıcı müğənnin bu istəyinə “Əgər Rza ilə “Zaurla Günaydın” səhər şousuna birlikdə gəlsən, onun da gözünü əməliyyat etdirərik” sözlərini vurğulayıb.
Bunu eşidən Əməkdar artist “Onun yerinə sənə söz verə bilmərəm” sözlərini deyib.
Rəşad Əliyev, Bizim.Media