Ermənistan ordusunun əsgəri həmkarının açdığı atəş nəticəsində ölüb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ermənistan Müdafiə Nazirliyinin Mətbuat Xidməti yayıb.
Mənbə yazır ki, noyabrın 15-də hərbi hissələrdən birinin döyüş mövqeyində həmkarı tərəfindən açılan atəş nəticəsində 2002-ci il təvəllüdlü, sıravi Vaqe Ovsepyan həlak olub.
Bizim.Media